Məşhur diktorla vətəndaş nikahında yaşayan müğənni - Maraqlı faktlar

Məşhur diktorla vətəndaş nikahında yaşayan müğənni -  Maraqlı faktlar
19 noyabr 2020
# 16:01

Bu gün 70-80-ci illərin populyar Azərbaycan müğənisi Hüseynağa Hadıyevin doğum günüdür. Kulis.az bu münasibətlə sənətçinin həyatına dair maraqlı faktları təqdim edir.

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub.

***

“Pionerlər” evində qarmon dərnəyinə gedən sənətçinin ali musiqi təhsili olmayıb.

***

1972- ci ildə ailə həyatı quran sənətçi dövlət televiziyasında çəkilişlərin birində AzTv-nin həmin dövr üçün məşhur diktorlarından olan Gülya Seyidbəyliyə aşiq olur. Həyat yoldaşı ilə rəsmi nikahda ola-ola Gülya Seyidbəyli ilə vətəndaş nikahında yaşayıb.

***

Türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub.

***

Image result for Hüseynağa Hadıyev

Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də zaman-zaman geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb.

***

Sənətkar qızıl-zinət əşyalarının, xüsusilə də brilliant həvəskarı olub.

***

“Sovetski” məhəlləsində böyüyən müğənni “quşbaz” olub. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonralar da əl çəkə bilməyib.

***

Hər zaman fikri sevimli göyərçinlərinin yanında olan sənətçini günlərin bir günü qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Qəfil döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa “Tez maşını işə sal, sür Sabunçu bazarına. Qədeşim, quşlarım acından öldü e, gedək dən alaq”.

Image result for Hüseynağa Hadıyev

***

Hələ uşaq yaşlarından vərəm xəstəsi olan Hüseynağa Hadıyev bunu ömrü boyu hamıdan gizlədib. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər.

***

Sənətkar 1994-cü ilin 12 yanvarında “Səkkizinci kilometr”dəki vərəm dispanserində dünyasını dəyişib. Deyilənə görə, həmin vaxt həyatında olan hər iki qadın Hüseynağadan imtina edib.

***

Hüseynağa Hadıyevin meyitini dünyasını dəyişəndən iki gün sonra bacısı morqdan çıxarıb.

# 45690 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

Lokarno Film Festivalının ekran əsərləri Türkiyədə nümayiş olunacaq

16:03 12 noyabr 2026
"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

"Prada" brendindən yeni sərgi - NASA-nın Ay missiyasının skafandrı nümayiş olunur

15:37 12 noyabr 2026
İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər