Məsciddə çəkilən fotoda ən incə məqam

Məsciddə çəkilən fotoda ən incə məqam
24 noyabr 2020
# 13:16

Qarabağ müharibəsi bitib və biz artıq işğaldan azad olunan torpaqlarımızdan hər gün biri-birindən gözəl, insanın könlünü açan görüntülər görməyə başlamışıq.

Dünən Prezident İlham Əliyevin Birinci Vitse-prezident Mehriban Əliyeva ilə Ağdam məscidini ziyarət etməsi də həmin gözəl görüntülərin növbətisi oldu. Sosial şəbəkələrdəki paylaşımlardan da hiss olundu ki, insanlar bu addımı çox bəyənib.

Onların məscidə ayaqyalın girməsi isə dinimizə olan sayğının ən gözəl göstəricisi idi. Bəzən ən xırda detal belə çox böyük məna kəsb edir. Bu da həmin xırda detallardan biri idi.

Ölkə başçısının və Birinci vitse-prezidentin məscidə ayaqqabısız girməsi şəxsən məndə elə bir təəssürat yaratdı ki, onlar Qarabağı qarış-qarış gəzməyi, məscidləri ayaqyalın ziyarət etməyi lap əvvəldən niyyət ediblərmiş.

Onların sevinci, qüruru və ən əsası, səmimiyyəti hər addımdan hiss olunur.

Ümumiyyətlə, əsgərlərimizin müharibə zamanı və müharibədən sonra işğaldan azad etdikləri torpaqlarda azan oxuması, pis hala salınmış məscidləri süpürüb, təmizləyib orada namaz qılması insanlarımıza çox xoş təsir edir. Hətta sosial şəbəkələrdə ateistlər də bu görüntüləri paylaşıb gözəl rəylər yazırlar. Elə bil din, ibadət daha da paklaşıb, yenidən əsl mahiyyətinə qovuşub.

Biz bütün dünyaya göstərdik ki, Qarabağ müharibəsi təkcə iki ölkənin torpaq uğrunda savaşı deyildi, bu müharibə həm də xeyir və şərin, imanlı ilə allahsızın savaşı idi.

Bunu etiraf etməsələr belə, məncə, bütün dünya gördü.

Ermənistan hələ müharibənin ən qızğın vaxtlarında Azərbaycan ordusunun Şuşa kilsəsinə mərmi atdığını bəyan edərək bizi bütün dünyaya xristian düşməni kimi göstərməyə çalışdı.

Bundan sonra, ölkə başçımızdan müsahibə alan xarici jurnalistlərin hamısı bu “faktı” suala çevirib bizi ittiham etməyə çalışdılar. Prezidentimiz də bu suallara tutarlı cavablar verdi.

Bəs həmin jurnalistlər, dünya mediası, beynəlxalq qurumlar erməni vandallarının Qarabağdakı məscidlərimizi dağıtmasını, orada donuz saxlamasını niyə görməzdən gəlirdilər? Niyə indiyə kimi (və elə indi də) bu məsələləri işıqlandırmırdılar və indi də bunu etmirlər?

Azərbaycan xalqının multikulturallığı və ən əsası insanpərvərliyi heç vaxt müzakirə söhbəti ola bilməz. Buna sübut təkcə Bakı şəhərinin mərkəzindəki erməni kilsəsi deyil. Buna sübut ölkədəki çoxsaylı katolik və pravoslav kilsələri, sinaqoqlar və ən əsası da inancından və milli mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə rahat yaşayan bütün insanlardı. 30 minə yaxın erməni də onların içində...

Məscidlərin Allahın evi olduğunu deyilir.

Prezidentimizin və onun xanımının sözü gedən fotlarına baxanda adam öz-özünə düşünür: bu gün təkcə məscidlər deyil, bütün Azərbaycan Allahın evidir və biz Qarabağı işğaldan azad edərək Allahın evini azad edirik.

# 6365 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər