Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib

Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib
23 yanvar 2020
# 13:29

Moskva Müzikl teatrında Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyinə həsr olunan musiqili gecə keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, tədbirdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya parlamentinin deputatları, xarici ölkələrin səfirləri, hər iki ölkənin tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Polad Bülbüloğlu Rusiya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə üç saatlıq konsert proqramı ilə çıxış edib, “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Qorxma mən səninləyəm” filmindəki və digər sevilən mahnıları ifa edib. Bundan başqa, sənətkarın “Məhəbbət və ölüm” baletindən fraqmentlər, simfonik orkestr üçün bəstələdiyi əsərlər Rusiya Dövlət Simfonik Orkestrinin ifasında səslənib.

Tədbirin aparıcısı Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy olub.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko APA-ya açıqlamasında bildirib ki, Polad Bülbüloğlunu mükəmməl bəstəkar və müğənni kimi qiymətləndirib: “Polad Bülbüloğlu möhtəşəm formadadır. Onun mahnıları hər zaman hit olub”.

Rusiyalı Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədri Konstantin Kosaçov deyib ki, Polad Bülbüloğlu müasir Rusiya və sovet insanın ürəyində iz qoyub: “Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata və insanlara münasibəti hər kəsə bir nümunədir”.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Polad Bülbüloğluna xidməti və yaradıcılıq uğurları arzulayıb.

Polad Bülbüloğlu tədbirdə iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib: “Çox şadam ki, bu konsert baş tutdu. Sonuncu dəfə 5 il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Çox şadam ki, zal dolu idi, pərəstişkarlarım gəlmişdi. Qürurverici haldır ki, Azərbaycan musiqisi Moskvanın mərkəzində səslənir. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda Heydər Əliyev sarayında verəcəyim konsertə hazırlıq gedir”.

# 3687 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər