Məktəbdə uşaq yazıçısı ilə görüş keçirilib

Məktəbdə uşaq yazıçısı ilə görüş keçirilib
3 mart 2020
# 09:59

Qobu qəsəbəsində Qəzənfər Xalıqov adına 1 saylı tam orta məktəbdə sevimli uşaq yazarı Reyhan Yusifqızı ilə görüş keçirilib.

Tədbir elmi-kütləvi və fantastik povestlərin müəllifi Reyhan Yusifqızının trilogiyası əsasında hazırlanıb. Əvvəlcə məktəbin foyesində uşaqların əl işlərindən ibarət “Kainatın sirləri” adlı sərgi ilə tanışlıq olub.

Tədbirdə yazıçılar Reyhan Yusifqızı, Aygün Bünyadzadə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış ediblər. Çıxışlarda uşaqların intellektual inkişafında mütaliənin rolu vurğulanıb.

Görüşdə “Kainatın sirləri” adlı bədii kompozisiya təqdim olunub: kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qız Leminin Rüstəm və Kənanla dostluğunu əks etdirən səhnəciklər göstərilib. Tədbir hər bir kəsdə xoş ovqat yaradıb.

Qeyd edək ki, müəllifin “Yaşıl gözlü qız“ kitabı elmi-fantastika janrda yazılmış birinci əsəridir və kitab 2009-cu ildə Ankarada beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb.

# 3954 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı rejissorun təhsil haqqının yubadılmasına aydınlıq gətirildi

Azərbaycanlı rejissorun təhsil haqqının yubadılmasına aydınlıq gətirildi

18:12 3 sentyabr 2026
İlon Mask haqqında film çəkildi

İlon Mask haqqında film çəkildi

17:08 3 sentyabr 2026
Tanınmış feminist yazıçı vəfat etdi

Tanınmış feminist yazıçı vəfat etdi

16:35 3 sentyabr 2026
Bədənimiz “burada” olsa da... - Heç nəyi dəyişməsək, nə olacaq?

Bədənimiz “burada” olsa da... - Heç nəyi dəyişməsək, nə olacaq?

16:05 3 sentyabr 2026
"Keçmişin boz şirəsi bütün sənətkarlığı məhv edir..." - Con Eşberidən sitatlar

"Keçmişin boz şirəsi bütün sənətkarlığı məhv edir..." - Con Eşberidən sitatlar

15:00 3 sentyabr 2026
Yayımlanacaq yeni musiqi albomları açıqlandı - Siyahı

Yayımlanacaq yeni musiqi albomları açıqlandı - Siyahı

14:30 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər