Misirin “Əl Əhram” qəzetində Xurşidbanu Natəvana haqqında məqalə dərc edildi

Misirin “Əl Əhram” qəzetində Xurşidbanu Natəvana haqqında məqalə dərc edildi
21 avqust 2021
# 10:17

Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Qafqazda zülməti aydınladan xanım” sərlövhəli məqaləsi dərc edilib.

Kulis.az xəbər verir ki, məqalədə adının mənasının “Günəş şüası” olduğu, Xurşidbanu Natəvanın ədəbiyyata və elmə verdiyi töhfələrin Qafqazda bir nur kimi qaranlıqları aydınlatdığı yazılıb. Müəllif qeyd edib ki, avqustda 189 illiyi qeyd olunan və el arasında “Xan qızı” adlandırılan bu nəcib Azərbaycan şairəsi Qarabağ torpağının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir.

Məqalədə diqqətə çatdırılır ki, Qarabağın hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Məşhur fransız yazıçısı Aleksandr Düma Natəvanla görüşündən sonra yazırdı ki, onun ədəbi fəaliyyəti Rusiyadan tutmuş Osmanlı imperiyasına qədər bütün ziyalılara məlum idi. Poeziya ilə yanaşı, Xurşidbanu Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.

Müəllif Xurşidbanu Natəvanın həyatının Tiflis, Dağıstan dövrlərindən də bəhs edilib. Xan qızının dəfn edildiyi Ağdama səfər etmiş M.Diab diqqətə çatdırıb ki, onun qəbrinin olduğu İmarət Qərvənd qəbiristanlığı, buradakı türbənin önündəki büstü erməni işğalçıları tərəfindən dağıdılıb. O əlavə edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra qəsbkarların dağıtdığı “Xan qızı” bulağı qısa müddətdə bərpa olunub. Hazırda Xurşidbanu Natəvanın geniş sarayının qarşısında onun gözəlliyini əks etdirən büstü ucalır. /azertag.az/

# 3064 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər