Milli Konservatoriya Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Milli Konservatoriya Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
1 noyabr 2020
# 13:28

Qüdrətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar Orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Milli Konservatoriyası Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb. /azertag.az/

# 4462 dəfə oxunub

Oxşar xəbərlər

Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

13:28 20 noyabr 2026
AMEA-nın strukturunda dəyişiklik edildi

AMEA-nın strukturunda dəyişiklik edildi

13:28 20 noyabr 2026
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

13:21 20 noyabr 2026
Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

13:20 20 noyabr 2026
Tarix və mədəniyyət abidələrinin  əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

Tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

13:17 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər