Mədəniyyət xadimlərinə fəxri fərmanlar təqdim edildi

Mədəniyyət xadimlərinə fəxri fərmanlar təqdim edildi
27 may 2021
# 16:38

Azərbaycan Teatr Xadimləri İttifaqında 28 May - Respublika Günü münasibətilə bir qrup mədəniyyət xadiminə fəxri fərmanlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək milli teatr sənətimizin inkişafından və qarşıda duran vəzifələrdən danışıb.

Xalq artisti vurğulayıb ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən söz açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri deyib ki, belə təqdimat mərasimləri əvvəlkilərdən çox fərqlənir. Ona görə fərqlənir ki, torpaqlarımız işğaldan azad edilib, bundan sonra Şuşada, Ağdamda, Füzulidə olan teatrlarımız bərpa ediləcək və doğma torpaqlarında fəaliyyətlərini davam etdirəcəklər.

Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalında iştirakından qürur duyduğunu söyləyən Azər Paşa Nemətov keçirdiyi hissləri və festivalla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb: “Həmişə zəngin mədəni həyatı ilə məşhur olmuş Şuşa milli poeziya və musiqinin beşiyidir. Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin davamı olan daha bir uğur hekayəsi kimi səciyyələndirilməlidir. Festivalda ən maraq doğuran məqamlardan biri də “Xarıbülbül”ün Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin, etnik qrupların nümayəndələrini əhatə etməsi idi. Bu festivalda nələr duyulmadı, hansı hisslər baş qaldırmadı. Səslənən hər bir musiqi parçasından xəyalən Vətən torpağının seyrinə daldıq, ruhumuz pərvazlandı, azərbaycanlı olmağın ən xoş anlarını yaşadıq...”

Mükafata layiq görülənləri təbrik edən Azər Paşa Nemətov onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Sonra bir qrup mədəniyyət xadiminə milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim edilib.

# 2887 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər