Los-Ancelesdə Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Los-Ancelesdə Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 fevral 2020
# 15:39

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los- Anceles Universitetinin (UCLA) Kitabxanasında azərbaycanlı şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş geniş tədbir keçirilib.

UCLA və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UCLA Kitabxanasının rəhbərliyi və əməkdaşları, habelə universitetin müəllim və tələbə heyəti, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri açan UCLA Kitabxanasının direktor müavini Şaron Farb Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş belə bir önəmli tədbirə ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib. O, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, 2018-ci ilin yanvarında Baş Konsulluğun təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası və UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalandığını və bu tərəfdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb.

Kitabxananın Slavyan, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Alena Aysinq öz çıxışında Azərbaycan ilə əməkdaşlıqdan və ötən il Azərbaycan Milli Kitabxanasının dəvəti ilə Azərbaycana etdiyi səfərdən danışaraq, ölkəmiz haqqında xoş təəssüratlarını slaydların köməyi ilə qonaqlarla bölüşüb.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev İmadəddin Nəsiminin yaradıcılığından ətraflı bəhs edərək, onun öz şeirlərində yüksək humanizm, sülh, tolerantlıq, dünyəvilik, mənəvi kamillik, ədalət və ilahi eşq ideyalarını sadə və anlaşıqlı dildə xalqa çatdırdığını və bənzərsiz əsərlər yaratdığını vurğulayıb. Diplomat qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə fars dilinin dominant ədəbi dil olmasına baxmayaraq, böyük şair ən gözəl və tanınmış əsərlərini məhz öz ana dili olan Azərbaycan dilində yaradaraq, doğma dilimizin inkişafına böyük töhfələr verib.

Baş konsul ötən il Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafına güclü təsir göstərdiyini, onun ideyalarının indiyədək bir çox Azərbaycan və dünya ədiblərinin yaradıcılığında dərin iz qoyduğunu qeyd deyib. Baş konsul 650 il keçməsinə baxmayaraq, bu ideyaların bu gün də aktual olduğunu və böyük önəm kəsb etdiyini dilə gətirib. O, bu xüsusda Azərbaycanın bu gün tolerantlıq və multikulturalizm ənənələrinin hökm sürdüyü məkan olduğunu, ölkəmizdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin harmoniya və sülh şəraitində birgə yaşadıqlarını vurğulayıb.

Çıxışlardan sonra tanınmış amerikalı aktyorlar Azərbaycan milli geyimlərində sufi musiqisinin müşayiəti ilə Nəsiminin müxtəlif əsərlərini ingilis dilində səsləndiriblər. Tədbirdə, həmçinin Azərbaycan mənşəli britaniyalı müğənni Sami Yusufun 2019-cu ildə Bakıda ilk dəfə ifa edilmiş, Nəsimiyə həsr olunmuş kompozisiyasının videoyazısı nümayiş etdirilib. /azertag.az/

# 3273 dəfə oxunub

Oxşar xəbərlər

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

11:40 18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər