Kukla Teatrında fiziki məhdudiyyətli uşaqların iştirakı ilə tamaşa olacaq

Kukla Teatrında fiziki məhdudiyyətli uşaqların iştirakı ilə tamaşa olacaq
17 fevral 2020
# 19:27

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti səhnə işini təqdim edəcək.

Kulis.az xəbər verir ki, fevralın 18-də saat 15-də Abdulla Şaiqin ilk uşaq dram nümunəmiz sayılan “Gözəl Bahar” pyesinin motivləri əsasında səhnələşdirilən “Bahar“ tamaşasının premyerası olacaq.

“Əngəlləri səhnədən aşaq...” şüarını əsas götürən yaradıcı heyət bu dəfə teatrın nəzdində yaradılan azyaşlı aktyorlardan ibarət “Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi “Küllücə” teatr-studiyalarını bir səhnədə toplayıb.

Gallery

Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstək verdiyi bu sosial layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.

Gallery

Tamaşada rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı və başqaları ifa edirlər.

Gallery

Qeyd edək ki, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatına üzv fiziki məhdudiyyətli istedadlı balacaların da yer aldığı “Küllücə” teatr-studiyası iki ildir ki, fəaliyyətə başlayıb və bu müddət ərzində ətrafına xeyli sayda fiziki və əqli məhdudiyyətli balacaları toplaya bilib.

# 4755 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər