Koronavirusdan sağalan məşhurlar xəstəlikdən danışır

Koronavirusdan sağalan məşhurlar xəstəlikdən danışır
17 aprel 2020
# 17:44

Çində başlayan və dünyada 2 milyon 100 mindən çox insanın yoluxduğu koronavirus epidemiyasından zərər çəkənlərin arasında sənət dünyasının tanınan simaları da var.

Kulis.az xarici meidaya istinadən xəbər verir ki, xəstəliyə yoluxub qalib gələn dünyaca məşhur simalar xəstəliyin irəliləmə proseslərindən və yaşadıqları ağrılardan danışıblar.

Gallery

“Ceyms Bond” filminin növbəti seriyasında rol alan aktrisa Olqa Kurylenko koronavirusa qalib gəldiyini vinc hissi ilə izləyiciləri ilə paylaşıb. Hələ də səhərlər öskürdüyünü deyən 40 yaşlı aktrisa xəstəlik zamanı yaşadığı ağırları belə ifadə edib: “Bir həftə boyu özümü pis hiss etdim. Günümü əsasən yataqda keçirirdim və yatırdım. Qızdırmam vardı və başım çox ağrayırdı. İkinci həftə qızdırmam düşdü, amma öskürək başladı. Özümü çox yoğrun hiss edirdim. İkinci həftənin sonuna qədə özümü yaxşı hiss etməyə başladım. Amma səhərlər hələ də az-az öskürürəm”.

Gallery

Tom Henskin həyat yoldaşı aktrisa Rita Vilson da CBS də yayımlanan bir proqrama qatılaraq xəstəliklə bağlı təcrübəsini bölüşüb: “Son dərəcədə ağrı və narahatlıq hiss etdim. Heç kimin mənə toxunmasını istəmirdim. Sonra qızdırma başladı. Əvvəllər heç vaxt yaşamadığım bir titrətmə gəldi bədənimə”.

Gallery

Məşhur ulduz Pink oğlu ilə birlikdə yaşadığı xəstəlik müddətini bölüşərkən uşaqların təsirlənmədiyi deyildiyi virusa yoluxan azyaşlı oğlunun bu günləri çox çətin keçirtdiyini bildirib: “Son üç həftə boyu oğlumun və özümün əlamətlərimi bir dəftərə qeyd etdim. Üç həftə sonra hələ də yüksək qızdırma var. Bu hər ikimiz üçün bir luna park qatarı kimi idi. Həqiqətən də çox qorxunc idi. Yalan söyləməyəcəyəm. Başlanğıcda bu xəstəliyin uşaqların, gənclərin həyatı üçün çox təhlükə törətməyəcəyi söylənilirdi. Amma oğlum həqiqətən də çox xəstə idi və çox çətinliklə atlatdı bu dövrü. Bizə uşaqlarımızın yaxşı olacağına dair söz verdiklərini düşünmüşdüm. Amma anladım ki, heç kim bu xəstəlikdən sığortalanmayıb”.

Gallery

İdris Elba həyat yoldaşı ilə birlikdə keçirtdiyi karantin günlərini belə ifadə edib: “Qəribədir. Çünki əsla hərəkətsiz oturmuram. Sbarina da həmçinin. Məncə onun üçün daha çətindir, çünki darıxır. İkimiz də yaxşıyıq. Ruhən də pozitiv olmağa çalışırıq. Bu vəziyyətdə ən əsası ağlınızı başınızda saxlayın və qəti şəkildə panikaya qapılmayın. Bir asma xəstəsi olaraq bu xəstəliyi pis keçirəcəyimi, hətta qalib gələ bilməyəcəyimi düşündüm, amma şükürlər olsun ki, xilas oldum və siz də xilas ola bilərsiniz”.

Gallery

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim təxminən bir aydır mübarizə apardığı koronavirusa qalib gəldiyini “İnstaqram” hesabından bildirib. Müalicə mərhələsində çəki itirdiyini deyən Fatih Terim koronavirusun müalicəsi üçün qan donoru olacağını açıqlayıb: “Bəlkə də bundan sonra heç nə əvvəlki kimi olmayacaq, amma yeni başlanğıclar üçün ilham olacaq. Heç vaxt ümidsizliyə qapılmadan, əhvalımızı yüksək tutacağıq inşallah”.

Gallery

Con Teylor uzun müddət düşündükdən sonra açıqlama vermək qərarına gəldiyini söyləyib. O sosial media hesabındakı paylaşımında: “Üç həftə əvvəl keçdiyim koronavirus testim pozitiv çıxdı. 59 yaşında sağlam və şanslı bir adamam ki, bu müddəti yüngül atlatdım. Yenidən səhnəyə çıxmağı səbirsizliklə gözləyirəm. Bu xəstəliyə qalib gələ bilərik və gələcəyik” - deyib.

# 4112 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər