Klassikanı niyə oxumalıyıq?

Klassikanı niyə oxumalıyıq?
27 yanvar 2021
# 14:01

Kulis.az Orxan Kərimovun “Klassik yazarları niyə oxumalıyıq?” yazısını təqdim edir.

Bu məqaləmdə böyük italyan yazıçısısı İtalo Calvinonun yeni bitirdiyim “Klassikləri niyə oxumalıyıq” adlı əsərindən təsirlənmişəm.

Kitab oxumaq bəzilərimiz üçün böyük bağlılıq, vərdiş, hətta zehni və mənəvi yaralarımıza ”məlhəm” olduğu halda, bəzilərimiz üçün hələ də əlçatmaz bir xəyaldır. Bəzilərimiz də, hər nə qədər kitab oxumaq istəsək də, o ucsuz-bucaqsız dənizdə üzməyə hələ hazır olmadığımızı düşünürük.

Biz çox vaxt belə deyirik:

“Qəşəng, maraqlı, sıxıcı olmayan kitab olsaydı, oxuyardım.”

Bəs hamımızın axtardığı bu qəşəng, maraqlı kitablar hansılardır?

Əlbəttə, buna qərar vermək, bu kitab yaxşıdır, o kitab pisdir, ya da o kitab maraqsızdır, bu kitab maraqlıdır demək mümkün deyil. Ancaq bu yazıda sizin üçün klassik kitabların yazarlarını, onların metod və üslublarını, dahi şəxsiyyətlərin klassik yazarlar haqqında nələr dediklərini və başlıqdakı sualın cavabını öz üslubumca izah etməyə çalışacağam.

Düşünürəm kitab kimi geniş nəsnədənsə, kitabların yazarlarını, yazarlarının da üslublarını ələ alıb sizə elə bir xəritə vermək daha faydalı olar.

Kalvinoya görə klassik yazarlar yazdıqları əsərlərdə toxunduqları mövzularda əsas məsələləri bütünlüklə ələ alan, axtarılan sualların cavabını tapıb bizə verən, o dövrün standartlarını bu gün bizə tanıtdıra bilən və ən vacibi bizi düşündürə bilən yazarlardır.

Höte isə deyir:

“Üç xarakterdə oxucu var; Birincilər ittiham etmədən oxuyanlardır. Üçüncülər əsərin mahiyyətini anlamadan ittiham edənlər. İkincilər isə, əsərin mahiyyətini anlayaraq ittiham edən və ittiham etdikcə həzz alanlardır. Bunlar həm də digər ikisinin arasında qalanlardır.”

Gallery

Mənim kimləri oxuduğuma gəldikdə, məsələn, Puşkini çox oxuyuram çünki ironiya və ciddiyyəti bütünləşdirə bilir. Heminqueyi oxuyuram, çünki çılpaqlıq və müəmmanı, kədər və xoşbəxtliyi qarışdıra bilir. Çexovu oxuyanda anlayıram ki, yazıda həddini bilir. Tolstoyu isə ona görə oxuyuram ki, aha, başa düşdüm, bunu demək istəyib, dediyim anda bir də baxıram ki, sən demə heç nə anlamamışam.

Dostoyevskini həm oxuyur həm də ciddi cəhdlə anlamağa, analiz etməyə çalışıram. Həyatın sərhədsizliyini, vulqarlığını insanın içindəki aclığı və nifrəti üzə çıxartığı üçün...

Ceyn Osteni isə oxumuram, amma nə vaxtsa var olması məni “narahat” etmir. Mənə görə o dönəmin Osteni bu günün Elif Şəfəqidir.

Sadaladığım bu hissləri yalnız klassiklərin öyrədə biləcəyinə inananlardanam.

Yuxarıda qeyd etdiklərimi və əlbəttə, daha çoxunu öyrənə bilmək, hətta öyrənə bilməsək də, öyrədənlərin yəni klassik yazarların keçmiş əsrlərdən bizə boylanıb, bizimlə “söhbət etməsi” üçün onlara vaxt ayırmağa, onların dərin dənizlərində üzməyə, lap yeri gəlsə boğulmağa da dəyər.

Axı, üzməyi öyrənməyin tək yolu üzməyə çalışmaqdır.

Sonda isə yazımı müəllifini unutduğum, ancaq çox sevdiyim bir fikirlə bitirmək istəyirəm:

“Rusiyada üç inqilab oldu, amma Raskolnikovu unutdura bilmədi”.

Bu cümlə bizə dərin klassiklərdən olan Dostoyevskinin “Cinayət və Cəza” əsərindəki əsas obrazın zamanın süzgəcindən necə keçməsini demək istəyir.

Mən də zamanın süzgəcindən keçməyən heç bir məfhuma vaxt ayırmamağınızı tövsiyə edirəm. Əks halda zamanınızın itməsindən başqa heç nə qazanmayacaqsınız!

Xoş mütaliələr.

# 4887 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər