İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...

İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
30 oktyabr 2020
# 11:36

Son 200 ildə Rus-Osmanlı müharibələrinin nəticəsində ruslarla ortodoks xristian əlbirliyi nümayiş etdirərək fürsət tapdıqca türklərə açıq və gizli şəkildə əl qaldırmağa cəsarət etsələr də, Türkiyə, o cümlədən, Azərbaycan ədəbiyyatında düşmən erməni obrazına rast gəlmirik, son illərin bəzi sənət əsərlərini çıxmaq şərtilə.

Düşünə bilərsziniz ki, biz sözü də döyüş meydanından deməyə üstünlük verdiyimiziə görədir bu. Çünki Koroğlu mifimiz qılıncla yanaşı saz da gəzidirir üstündə.

Yaradıcı təxəyyülümüz erməniləri daha çox yazıq, komik və hiyləgər personajlar kimi xatırlayır, məsələn, Axundovun "Hacı Qara" komediyasında ruslara çuğulluq edən camış alverçisi, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”ində muzdur “Qıdı kirvə”, nə bilim, Vaqif Mustafayevin "Bəyin oğurlanması" filmində altdan-altdan hamıya göz qoyan erməni bərbəri kimi.

Türkiyə romanlarında isə ermənilər daha çox erməni qadınları ilə təmsil olunurlar; əksəriyyəti də fahişəxana (türklər "genel ev", yaxud "randevühane" deyirlər) işlədən qadınlardır, xüsusilə İstanbulun Bəyoğlu səmtinin erməni qadınları türk romançılarının daimi "sakinləridir".
Əsasları da var, çünki son illərə qədər Türkiyənin "Genelev patroniçesi, vergi rekortmeni Matild Manukyan" kimi tanınan erməni əsilli qadın fahişəxanalardan götürdüyü gəlirlərlə altı dəfə vergi rekordu qazanmış bir iş adamı idi.

Ermənilərin türklərə bu qədər patoloji düşmənçilik bəsləməsinin qarşısında nə üçün türk ədəbiyyatında düşmən erməni obrazı yox?
Daha sonra verəcəyim izaha keçməzdən əvvəl qulağımızın dibində yazılan dünya ədəbiyyatından bir nümunə gətirəcəyəm: böyük rus yazıçısı Lev Tolstoyun "Hacı Murad" əsərini.

Çox güman, dövrünün Osmanlılarından dəstək alaraq ruslara Qafqazda qan udduran Şeyx Şamilin yaxın silahdaşı, deyilənə görə, sonra ruslar tərəfə keçsə də, sonda yenə onlarla döyüşərək ölən Hacı Muradın, Tolstoyun sözləri ilə desək, Qafqazda "rus donuzlarını necə döyməsini hamı bilirdi".

Amma böyük rus yazıçısı "Hacı Murad" əsərində bu amansız rus düşməninin mərd, qorxmaz obrazını yaradaraq, onu rus ədəbiyyatında müsbət bir qəhrəman kimi əbədiləşdirdi. Bu "düşmənsevərlik" Tolstoya haradan gəlirdi? Bu yerdə biz sənətin siyasət anlayışı ilə siyasətin sənət anlayışını bir-birindən ayırmalıyıq.

Tolstoy Hacı Murada Rusiyanın düşməni kimi baxsaydı, onu Rusiyanın rəqibi kimi göstərmiş olacaqdı. Bu isə dünya gücü olmağa can atan, imperativ maraqların peşində olan Rusiyanı kiçiltmək demək idi. Tolstoy Hacı Muradı Rusiyanın düşməni kimi göstərib onu ucaldacağını, öz dövlətini isə əyalət iddiaları ilə yaşayan bir xanlıq səviyyəsinə endirəcəyini bilirdi.

Tolstoyun gözündə Rusiyanın düşməni Fransa və onun Misirdən Moskvaya, İtaliyadan Suriyaya qədər əraziləri zəbt etmiş Napoleon ola bilərdi. İstanbulu ortodoks xristianlarının əlindən almış Osmanlı sultanı ola bilərdi. Tolstoy Rusiyanın qarşısında Napoleonla Hacı Muradı eyniləşdirə bilməzdi. Sənətin siyasəti buna yol verməzdi. Odur ki, Tolstoy Hacı Muradı öz oğlunun əzişdirdiyi qonşu uşağı kimi əzizlədi.

Ermənilər də uzun illər türk xalqlarının arasında etnik bir xalq kimi yaşayıblar. Tarixin heç bir dönəmində türklərin qarşısında qarşı tərəf kimi çıxış etməyiblər, rusların himayəsi altına keçənə qədər türklərin himayəsinə sığınıblar. Hətta bu gün də avropalıların ermənipərəstliyinin altında ermənilərə kiçik xalq kimi duyulan yazıqlıq hissi dayanır.

Türk yazarı, hazırkı Türkiyənin Azərbaycana görə Ermənistana soyuq münasibət bəsləməsinin düzgün siyasət olmadığını "savunan" Murat Belge "Ermənilər ədəbiyyatda" kitabında Ermənistana səfəri zamanı orada bir alman deputatdan eşitdiyi sözləri qeyd edir. Alman deputat ermənilərə olan sevgisini belə izah edir:

"Çox azsaylı bir xalqdır, azsaylı olmaları onlara qarşı avtomatik simpatiya hissi yaradır, çox əzablar çəkmiş olmaları bu simpatiyanı daha da artırır. Başlarına gələnlər nəticəsində dağılıblar, onlar da yəhudilər kimi dörd bir yana səpələniblər".

Bəlkə də, alman deputatın "yəhudilər kimi dörd bir yana səpələnmiş" ermənilərə bəslədiyi mərhəmət duyğusu babalarının dörd bir yana səpələnmiş yəhudilərə qarşı sərgilədiyi nifrət duyğusunu, türklər demiş, "bertaraf etmək" üçündür. Görünür, almanların yəhudi nifrəti özünü erməni məhəbbətində günahdan arınmış hiss edir.

Rus ədəbiyyatı çeçenlərə düşmən gözü ilə baxıb onları Rusiyanın rəqibi kimi şöhrətləndirmək istəmədiyi kimi, türk ədəbiyyatı da erməniləri düşmən göstərib özünü öz düşməni ilə kiçiltmək istəməyib. Bu, sənətin siyasətdən fərqli olaraq, cari hadisələrdən deyil, dərin duyğulardan güc almasının nəticəsidir.

Sənət həmişə zəif bildiyinə mərhəmətlə yanaşıb. Ermənilərin Azərbaycan ədəbiyyatında düşmən obrazının olmamasının səbəbi onların həmişə himayəyə ehtiyacı olan zəif, yazıq bir xalq kimi milli yaddaşımızda qalmalarıdır. Baxmayaraq ki, son iki yüz il ərzində qoca, uşaq, qadın demədən həmişə fürsət düşən kimi bizi qanımıza qəltan ediblər, yenə də ədəbiyyatımızın gözündəki o cılız, yazıq obrazlarını dağıda bilməyiblər. Hətta məncə, onlar məhz bizim gözümüzdəki bu yazıq, başıqapazlı obrazlarını dağıtmaq üçün bu qədər amansızlıq, vəhşilik ediblər.

Türkü öz düşmənlərinə çevirməklə tarix səhnəsində boy göstərməyə can atıblar. Ancaq kor-kor, gör-gör, ədəbiyyatımız hələ də ermənilərin bizə düşmən ola biləcəyini qəbul etməyi milli qürurumuza yaraşdırmır.
Halbuki yazıqlıq erməni nifrətinin tələsidir.

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #