İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?

İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
18 sentyabr 2020
# 13:39

Bakıda 27 yaşlı müəllimə intihar edib. İntim fotoları ilə şantaj olunduğu deyilir. Nə dərəcədə doğru məlumat olduğundan xəbərim yoxdur, onu bilirəm ki, intim məzmunda şantaj olunan qadınlar var. Tək qadınlar yox, elə kişilər də. Amma bizdə ən çox qadınlar zərər çəkir. İndiyədək intim görüntüsünə görə, intihara əl atan kişiyə rast gəlmədim. Onlar bir təhər sıyrılıb çıxa bilirlər. Di gəl, qadınlarda alınmır. İstisnalar var, amma çoxluqdan danışıram.

Əvvəla, kiminsə bu cür təhdid edildiyini eşidən kimi namus baltasına cummayın. Heç kəs heç nədən sığortalanmayıb. Sabah bu gün qınadığınızdan betərini edər, daha acımasız ictimai şiddətə məruz qalarsınız. Odur ki, biri səhv edibsə, həyatını tamam söndürməyə çalışmayın. Adı üstündədir: səhv. Xətanı düzəltmək, yenidən başlamaq mümkündür. Amma bunun üçün adama şans vermək, kömək etmək lazımdır. Öldürənə qədər qovalamaq yox. Unutmayaq ki, kiminsə intim görüntüsü şəxsi həyatına aiddir. Bütün hallarda adamın iradəsindən xaric onu yaymaq, hələ təhdid etmək qanun pozuntusudur.

İntim görüntüsü ilə şantaj olunan qadın niyə intihar edir? Çünki namus məsələsində cəmiyyətin nə qədər zalım olduğunun fərqindədir. Peşman olub normal həyatına davam etmək istəsə də, insanların imkan verməyəcəyini, “camaat”ın qınağına tab gətirə bilməyəcəyini düşünür. Beləcə, biz onu etdiyi xətadan daha böyük yanlışa - intihara sürükləyirik. Elə bir səhvə ki, geriyə dönüşü yoxdur. Bacara bilməyəcəyini düşünüb, həyatını bitirir.

Bəs intim görüntüsü ilə şantaj olunan şəxs nə etməlidir?

Yadıma illər əvvəl CNN-dən bizə təlim keçən trenerin danışdığı hadisə düşdü. Bir qadın jurnalist seks videosi ilə şantaj olunur. Amma o, təhdidlərə məhəl qoymadan aidiyyatı quruma şikayət edir və ardınca da mətbuat konfransı keçirərək, üzləşdiyi halla bağlı özü açıqlama verir. Beləcə, şantaj qüvvədən düşür və adam cəzasını alır. Trenerimiz bunu bizə misal kimi çəkib, şantaja qarşı 3 əsas şərti də qeyd etdi: “Hər kəs intim mövzuda təhdid oluna bilər. Deyək ki, kiminsə əlində intim foto və videolarınız var, şantaj edilirsiniz. Bu halda neyləməli? Əvvəla, şantaja əsla tabe olmayın. Bu, sonu olmayan bir təhdiddir. İkincisi, mütləq hüquq-mühafizə orqanına müraciət edin. Üçüncüsü, şantajçıdan əvvəl özünüz açıqlama yayın”.

Amerikalı təlimçinin təklif etdiyi bu 3 şərt şantaja qarşı ən yaxşı çözümdür. Ola bilsin, başqa daha effektiv yanaşmalar da var. Amma mənim bildiyim budur, onu da paylaşmağı özümə borc bildim. Bəlkə də elə bu gün, bu saat, bu dəqiqə başqa bir qadın eyni məzmunda şantaj edilir. Bəlkə də dözə bilməyib, intiharı da düşünür. O cür qadınlara bir dəstək olmaq üçün bu yazını yazdım, kimisə ölümdən çəkindirmək, çıxış yolunun intihar olmadığını yada salmaq üçün.

İntihar heç bir problemin həlli deyil. Hər kəs səhv edər, edir də. Xətanı düzəltmək üçün yaşamaq lazımdır. Sizi ölümədək qovan adamlara isə əhəmiyyət verməyin. Əmin olun ki, etdiyiniz səhvdən daha betərini ediblər, yaxud da edəcəklər.

Hər birimiz insanıq, kimsə xətadan xali deyil. Birində yanlış gördüyünüz zaman “öldürməyin”, əksinə əlindən tutun. Unutmayın ki, bir gün siz də səhv edə bilərsiniz. O zaman sizə özünüzü bərpa etməyiniz, yaşamağınız üçün digərləri şans versin. Həyat elə bu deyilmi?

# 7538 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər