İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi

İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
23 sentyabr 2020
# 10:45


Bildiyiniz kimi, pandemiya dövründə tədris ilinə start verildi. Bu başlanğıc yaxşı nəticələnmədi, 95 şagirdin koronovirusa yoluxduğu aşkarlandı. Bakı və rayonlarda tədrisin əyani olması insanların bir yerə toplaşmasına, avtobusla gedib-gəlməsinə, bir sözlə, virus üçün münbit şəraitə gətirib çıxardı.

Təhsil Nazirliyi məhz bu problemlərin yaranmasını öncədən hesablayaraq təhsilin həm əyani, həm distant keçirilməsini təklif etdi. Təklif olaraq çox yaxşıdır, xüsusən internet çağında yaşadığımız bir zamanda bu qərar mənə elə gəlir, yeni bir eranın başlanğıcı olacaq.

Lakin nə qədər yaxşı təklif olsa da, distant təhsil özüylə bərabər bir sıra problemləri də gətirdi. Bakı kimi şəhərdə belə internetin nə dərəcədə zəif olmasını, kimlər üçünsə problem yaratdığını düşünsək, rayonların vəziyyəti haqda ayrıca dastan açmağa gərək yoxdur. Distant təhsil keçirilir, lakin ölkədə internetin keyfiyyəti zəifdir. Bu, birinci problem.

İkinci problemsə odur ki, bəzi yerlərdə - rayonlarda, kəndlərdə internet xətti yoxdur, onlar, ümumiyyətlə, internetin varlığından xəbərsizdirlər, köhnə Nuh əyyamını xatırladırlar. Tamam, bunun üçün də Təhsil Nazirliyi TV-də dərslərə başlayıb. Çox yaxşı. Lakin TV-də dərs dinləyən uşağın o dərsi mənimsəyib-mənimsəmədiyini necə öyrənəcəyik? Buna nəzarət eləmək çətindir.

İnternet xətti olmayan yerlərdə internet paketi çıxış yolu kimi görünür. Lakin o ailələrin maaşı, qazancı o qədər aşağıdır ki, internet paketi almağa gücləri yoxdur. Bunun üçün heç olmasa internet pulsuz olmalıdır. Təhsil Nazirliyi Microsoft Teamsla distant təhsili tədris etməyi təklif edib. Yaxşı proqramdır və dərs keçmək üçün uyğundur. Heç olmasa o proqrama Azərbaycan üzrə girişin pulsuz edilməsini təmin etmək olar və həmin vaxt internet paketindən internetin kəsilməsi kimi halların yaşanması da baş verməz. Çünki internet paketi olan şagird bəhanəylə “Müəllim, mqabaytım bitdi, mən çıxıram” deyə bilər. Və sən bunun qarşısını ala bilməzsə. Yalandan desə də, doğru desə də. Amma internet tarifi pulsuz olarsa, o şagirdin o cür bəhanəsi olmaz. Və məsələ anında həll olunar.

Digər bir problem isə müəllimlərin, şagirdlərin telefon və noutbukunun olmamasıdır. Bilmirəm, bunu necə həll etmək olar, ancaq distant təhsilə keçilibsə, bu kimi hallar nəzərə alınmalıdır. Ya hər sinif kompüter, yaxud telefonla təmin edilməli, ya bunun üçün şirkətləri cəlb etməli. Heç biri yoxdursa, TV-dəki dərsləri nümunə gətirəcəksiniz. O da dediyim kimi, nəzarətdən uzaq olduğu üçün bir az çətinlik yaradacaq.

Hələ bunun yaşlı müəllimi, onların internet qavrayışının olmaması kimi problemləri də var. İllərdir kompüterdən, telefondan uzaq dərs deyən müəllim indi distant təhsilə necə öyrəşə bilər? Bu, təbii ki, çox çətin olacaq. Onların distant təhsilə öyrəşməsi, internetə, kompüterə, telefona alışması uzun vaxt çəkəcək. Bu da ayrı bir dərddir.

Üstəlik, distant təhsildə ən yaralı yer tədrisin keyfiyyətidir. Həqiqətənmi uşaqlara bu üsulla yaxşı təhsil vermək olar? Hər şagird eyni cür xüsusiyyətdə deyil, hamısına eyni cür yanaşmaq olmur. Problem də burdan ortaya çıxır. Bir var ağıllı, söhbətin nədən getdiyini bilən uşaq, bir də var, ipə-sapa yatmayan, yaxud çətin dərk edən uşaq. Müəllim sinif otağında, əyani şəkildə o şagirdi başa salmaqda çətinlik çəkdiyi halda distant təhsildə, uzaqdan-uzağa bunları necə həll edəcək? Adam düşündükcə, beyni error verir. Hələ müəllim sinifi iki-üç yerə bölüb əyani dərs keçəcək, üstəgəl distant təhsil də bir tərəfdən. Müəllimin də, şagirdin də yükü artır. Müəllim dərs saatına görə maaş alır, yuxarıda sadaladığım problemlərin hər hansı birini yaşayırsa distant təhsil verməsi mümkün olmur və belə olan halda dərs saatına düşən məbləği də ala bilmir.

Mən, açığı, bu problemlərin həlli yolları üçün öz variantlarımı təqdim etdim. Başqa variantlar, alternativ fikirlər də təqdim oluna bilər. Təhsil Nazirliyinin, yaxud aidiyyəti orqanların zamanla bu problemlərə bir çözüm tapacağına ümid etməkdən başqa əlacımız yoxdur.

Müəllimlərə də, şagirdlərə də səbr diləyirəm.

# 4969 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #