İdman edəndə də kitab oxumaq mümkündür

İdman edəndə də kitab oxumaq mümkündür
20 may 2020
# 21:02

Kulis.az məşhur ABŞ bloqu “Huffington Post”da dərc olunmuş, kitab oxumağın faydalarından bəhs edən siyahını təqdim edir.

1) Heç vaxt darıxmazsınız. İctimai nəqliyyatdasınız? Kitabınızı açın. Gözləmə zalındasınız? Kitabınızı açın. Dostlarınız həmişə kitab oxuduğunuza görə sizi qonaqlıqlara, gəzməyə çağırmırsa, kitabınızı açın.

2) İlk görüşdə qarşınızdakını qiymətləndirməyiniz üçün əlinizdə möhtəşəm bir test var. “Kitab oxumuram” – dedisə, bundan sonra münasibətin ölüm fərmanı imzalandı.

3) Ətrafınızdakı adamlar sıxıcı, monoton, yalnız bir həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirə bilər, yüzlərlə insanın beynində gəzişə bilərsiniz.

4) İdman edəndə də nəsə öyrənə bilərsiniz. Murakaminin “1Q84” kimi 1200 səhifədən çox olan romanını oxuyan adamlar nə dediyimizi başa düşür.

5) Hər bir vəziyyəti izah edəcək doğru ifadəni tapıb deyə bilirsiniz. Söz ehtiyatınız kifayət qədərdir.

6) Təbriklər. Sizə hədiyyə almaq çox asandır.

7) Kitablarda qarşılaşdığınız obrazlar sizin üçün bir terapiyadır. Həyata dair çox gözəl tövsiyələr verir bu obrazlar.

8) İnternetiniz kəsilib? Nə vecinizə! Bu gecəni kitab oxuyaraq keçirəcəksiniz.

9) Yaxşı oxucular, daha yaxşı yazırlar.

10) Əldə etdiyiniz zəngin bilgilər sayəsində, saysız-hesabsız söhbət mövzuları aça bilərsiniz.

11) Evinizi bəzəməyə ehtiyac yoxdur. Kitab kolleksiyanız bu işin öhdəsindən gələcək.

12) O qədər çox kitab oxumusunuz ki, artıq həyatınıza necə həyəcan və dramatik anlar qatacağınızı bilirsiniz.

13) Son araşdırmaların birinə görə oxumaq beyin hücrələriniz arasındakı əlaqələri gücləndirir. Bu da sizin daha ağıllı olmanız deməkdir.

14) Dünyanın hər nöqtəsinə, hətta keçmişə və gələcəyə səyahət edə bilərsiniz.

15) Sizin oxuduğunuz romanlar əsasında çəkilmiş filmlər barəsində, hələ ekranlara çıxmamış məlumatlı olacaqsınız.

16) Hər bir situasiya üçün misal gətirə biləcəyiniz dəyərli kəlamlara malik olacaqsınız.

# 6124 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər