Hamlet Xanızadənin xatirə gecəsi keçirildi

Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18 iyun 2021
# 18:58

İyunun 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində milli teatr və kinomuzun unudulmaz simalarından olan Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azərpaşa Nemətov, Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Novruzov, aktyorun qızı Aygün Xanızadə, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından geniş söhbət açılıb, aktyorun sənət dostları və ailə üzvləri onunla bağlı xoş xatirələrini və ürək sözlərini bölüşüblər.

Bildirilib ki, Hamlet Xanızadə istər kino, istərsə də teatrda yaratdığı obrazları ilə özünəməxsusluğu, səmimiliyi, tamaşaçını özünə cəlb etməsi ilə daim fərqlənib. Aktyor haqqında düşünəndə ilkin olaraq tamaşaçının yadına Topal Teymur obrazı düşür. O, hər zaman güclü yaradıcı potensiala malik aktyor kimi xatırlanır.

İstedadlı aktyor Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanmış tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti və ustalıqla yaradıb.

H.Xanızadənin Azərbaycan kino sənətində də parlaq obrazları az deyildir. Onun “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qətl günü”, “Yaramaz” filmlərində oynadığı təkrarsız rollar tamaşaçının qəlbində özünə əbədi məskən salıb.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Eyni zamanda, aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib.

Qonaqlar, həmçinin muzeyin fondunda saxlanılan fotoşəkillərdən ibarət sərgi ilə də tanış olublar.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə təşkil olunub.

# 2861 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər