Gürcüstanla mədəni əlaqələr müzakirə olunub: Səfirimizlə komissiya sədri görüşüb  

Gürcüstanla mədəni əlaqələr müzakirə olunub: Səfirimizlə komissiya sədri görüşüb  
6 aprel 2021
# 09:56

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Faiq Quliyev bunun üçün səfirliyin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. O, Gürcüstan parlamentində yeni yaradılmış Mədəniyyət komitəsinin hər iki dövlətin mədəniyyət sahəsində gördüyü işlərin daha səmərəli olması üçün çalışacağına inamını ifadə edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsində görüləcək işlər, Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün gündəlikdə olan məsələlər müzakirə edilib.

Gürcüstanın Batumi şəhərində keçirilən “Black Sea Music and Art Festival”ın təşkilatçısı və ideya müəllifi olan E.Bolkvadze Qəbələ Beynəlxalq Musiqi Festivalında bir neçə dəfə iştirak etdiyini, gələcəkdə ölkələrimiz arasında belə qarşılıqlı mədəni tədbirlərin keçirilməsinin mümkünlüyünü bildirib, mədəni tədbirlərin xalqlararası əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən mədəniyyət ocaqlarının, teatr, filarmoniya sahələrində çalışanların mübadilə proqramlarının işlənib hazırlanması, həmçinin incəsənət xadimlərinin dövlətlərarası tədbirlərdə qarşılıqlı iştirakı müzakirə edilib.

Görüşdə, həmçinin koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması ilə bağlı hər iki ölkədə aparılan qabaqlayıcı tədbirlər fonunda mədəniyyət sahəsinə tətbiq edilən məhdudiyyətlər xatırladılıb, gələcəkdə bu sahədə fəaliyyətin intensivləşməsi ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan məsələlərin icrası ilə bağlı görüşlərin bundan sonra daha tez-tez keçirilməsi barədə razılıq əldə olunub. /azertag.az/

# 2931 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər