Gözəlliyinə görə vəzifəyə gedən qadınlar 

Gözəlliyinə görə vəzifəyə gedən qadınlar 
1 mart 2021
# 12:17

Kulis.az Sərdar Aminin “Cəmiyyətin gözəl qadın sindromu” yazısını təqdim edir.

Cins fərqinin önəm kəsb etdiyi cəmiyyətlərdə sosial-ictimai problemlər daha kəskin olur. Kişi olduğu üçün bir addım öndə olmaq, qadın olduğu üçün hədəfə tez çatmaq - bacarıq, istedad kimi əlahiddə keyfiyyətləri kölgədə qoyur.

Patriarxal cəmiyyət sayılsa da, Azərbaycanda qadınların bir çox məsələlərdə kişilərdən fərqləndirilməsi, onlara lazımsız güzəştlərin edilməsi inkişafda disbalans yaradır.

Avtobusda yer vermək, növbədə önə keçirməkdən tutmuş “qadınsan...” sözü ilə başlayan bütün cümlələr özündən sonra böyük bir problemin şişməsinə rəvac verir. Təbii ki, qadınlara edilən bu “güzəşt”lər ən çox elə onların özlərinə ziyandır. Çünki kişilər bu təmənnanı qadınlara çox baha başa gətirir.

Cinsi ayrı-seçkilik nəinki ölkə kontekstində, sivilizasiya, əxlaq müstəvisində ciddi problemdir. Azərbaycanda isə cinsi ayrı-seçkiliyin ayrıca qadınlararası kiçik modeli də mövcuddur: vizual baxımdan gözəl qadınlar həmcinslərindən daim bir addım öndə olurlar.

Başda televiziya və vizual sənətlər olaraq daim seçim zamanı qadınların fiziki quruluşu, görüntüsü önəmsənir. Təəssüf ki, efir gözəllik istəyir tezisi Azərbaycan kimi ölkələrdə yanlış başa düşülür. Bu tezisin qulpundan yapışan efir yetkililəri gözəlliklə çəkiciliyi səhv salır, ehtiraslı, kişiləri cinsəl müstəvidə cəlb edən qadınlar seçim zamanı öndə olur. Nəticədə ağız aparatında problemi olan, nitqi, diksiyası, səs tembri uğursuz olan onlarla ehtiraslı qadın kələm dolmasına bənzəyən əlini digər əlində oxşayaraq hər sabah kameralara boylanıb evimizə qığıldayır.

Gözəllik anlayışının yanlış qəbul edilməsi səbəbilə bu gün onlarla bacarıqlı, istedadlı qadın gözəgəlimli həmcinslərinə uduzur. Son illər vəzifəyə təyin olunan, özəl şirkətlərdə piar, təbliğat, reklam, mətbuat katibi, rəhbər vəzifələrə təyin olunan qadınlara nəzər salanda, bir qayda olaraq, həmin arzuolunmaz tendensiyanı görürük; onlar hamısı gözəgəlimlidir və sadəcə gözəgəlimlidir.

Gözəl qadınlar adətən gözəlliklərinə o qədər vurğun, arxayın olurlar ki, üzərlərində işləmək onlara əlavə əziyyət kimi görünür. Məsələyə birbaşa aidiyyatı olmasa da, hazırda unutduğum bir filmdən vacib sitatı da bölüşməkdən vaz keçə bilmirəm: “Çox gözəl qadınlar yataqda mənasız olurlar, onlar gözəlliklərinə o qədər arxayındırlar ki, bütün məsuliyyəti qarşı tərəfə yükləyirlər”.

Məsələn, son illər kitab oxuyan gözəl qadınları yalnız reklam posterlərində, filmlərdə görürük. Azərbaycan kimi ölkələrdə gözəl qadın o qədər vacib obyektdir ki, proses onların ətrafında cərəyan edir, onların əziyyət çəkməsinə, biliklərini, intellektlərini cilalamasına ehtiyac görünmür. Onlar heç nə etməsələr də, vizual görünüşləri hər şeyi həll edir.

Hər hansı sahəyə ayaqlarını qoymaları bəs edir ki, tezliklə həmin yolda ən önə keçsinlər.

Təbii ki, arzuolunmaz haldır!

Mən bu tozanağın içində görünməz qalan yüzlərlə eynəkli, çəlimsiz qadın görürəm ki, uşaqlıqdan kitaba, elmə, savada bel bağlayaraq bu gün də dəridən-qabıqdan çıxır, lakin nə etsə də, gözəgəlimli həmkarlarına uduzur, çalışdığı sahədə ən yaxşı halda ikinci olur.

Vizual görüntüsünə görə önə çəkilən puç qadınlar təkcə öz həmcinslərinin yolunu kəsmir, olduqları sahəni də iflic edir.

Aydındır ki, o işi görünüşü ilə yox, ağlı, istedadı ilə görməlidir.

Ağlı, istedadı isə özünü tanıdığı gündən gözəlliyinə qurban edib.

# 4880 dəfə oxunub

Oxşar xəbərlər

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

12:00 3 may 2026
Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

11:30 3 may 2026
Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

20:47 2 may 2026
İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

13:30 2 may 2026
Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

13:15 2 may 2026
Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər