Fotoqraf və rəssamlar üçün müsabiqə

Fotoqraf və rəssamlar üçün müsabiqə
1 sentyabr 2020
# 18:52

Fotoqrafiya ilə müntəzəm məşğul olan istənilən fotoqraf və rəssamlar üçün “212 İstanbul fotoqrafiya müsabiqəsi” elan olunub.

Müsabiqənin əsas məqsədi onu İstanbulda yaranan mədəniyyət və incəsənət ənənəsinə transformasiya etməkdir. Müsabiqəyə qatılmaqla iştirakçılar bu sahədə xüsusi nüfuz və beynəlxalq səviyyədə tanıtım imkanı qazanacaqlar.

Müsabiqədə janra görə ayrı-seçkilik edilmir: portretlər, mənzərələr, natürmort, moda və digərləri. Bütün janrlar keçərlidir.

Müsabiqədə ən yaxşı iştirakçılar təşkilatçılar tərəfindən bir sıra hədiyyələrlə mükafatlandırılacaq. Əsas qalib üçün pul mükafatı olaraq 5000 avro və sertifikat, təşəkkür məktubu, həmçinin təqdim olunan işin peşəkarlar tərəfindən baxışı və “212 Jurnalı”nda işıqlandırılması nəzərdə tutulur. Ən yaxşı 10 iştirakçıya isə sertifikat və 212 komitəsindən təşəkkür məktubu veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün rəsmi saytda müraciət formasını doldurmaq və https://212photographyistanbul.com/en/ saytına keçid etmək lazımdır. /azertag.az/

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər