Floradan Şeyx Əbdülə sərt ismarış: “Qeybət eləmək kişilikdən deyil!”

Floradan Şeyx Əbdülə sərt ismarış: “Qeybət eləmək kişilikdən deyil!”
13 may 2020
# 11:42

Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün efirdə səsləndirdiyi “Rüşvət alıb ad veriblər” sözlərinə öz İnstagram səhifəsində sərt münasibət bildirib. O, yazıb:

“Kimlərəsə “ad” verdilər... Bəli, verdilər! Yerli-yersiz, sənəti olana da, olmayana da necə gəldi, kimə gəldi, verdilər o adları. Mən də narazıyam! Bu, tam başqa mövzudur. Kiminsə çörəyinə bais olum, fürsətcilik edim? Kimdənsə xoşum gələ bilər, kimləsə düşmənçiliyim ola bilər, amma mən o vicdanın yiyəsi deyiləm, ədavətimin sərhədindən kənarda da ondan intiqamımı alım.

Şeyx Əbdül, “rüşvət alıb ad veriblər” deyə intervü vermisiz. Deyən gərək, sizə də 2018-ci ildə Xalq artisti adı verdilər. Sizdən də rüşvət aldılar, aldılarsa, kim və nə qədər?”

Xalq artisti daha sonra əlavə edib:

"Adlarla" bağlı narazılıq məqamlarınızda etirazlarınızla alıb-verənləri ifşa edib, imza toplaya bilərdiniz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiz. Bu məqamların nazirlikdən nə dərəcədə asılı olmağını da yaxşı bilirsiz. Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiz! Təəccüb edirəm sadəcə, nazirlik o günə qaldı ki, ildə 20 nəfərə ad veməklə dolanası oldu? Nə yazdığınızı heç düşünürsüz? Tör-töküntülər rüşvət alırsa... vay hallarına! Mənim nə nazirlikdən, nə onun böyüyündən asılacağım var. Mən bu şəraitdə nə nazirin, nə rüşvət alanın, nə də rüşvət verənin tərəfini tuturam. Mən, topuğa belə dəyməyən daşı arxadan atanların əleyhinəyəm! Məlumatı oldu, olmadı, nəsə yazmaq xatirinə söz yazanlar, özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil.”

# 7518 dəfə oxunub

Oxşar xəbərlər

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər