Facebookda tənha insanları necə tanımaq olar?

Facebookda tənha insanları necə tanımaq olar?
30 iyul 2021
# 21:00

Facebookun tədqiqatçılar qrupunun apardığı son sınaqlar çərçivəsində xəbərlərin oxunmasının istifadəçilərin emosional vəziyyətinə necə təsiri etməsi araşdırılıb. Neqativ paylaşımların istifadəçilərin əhval-ruhiyyəsini korlaması, pozitiv xəbərlərin isə əhval-ruhiyyəni yüksəltməsi araşdırılma aparılmadan belə hamıya məlumdur. Lakin bunun təsdiqi üçün elmi sübuta ehtiyac olub.

Psixoloji effektin olmasına əminlik üçün Adam Kramerin rəhbərliyi ilə mütəxəssislər qrupu "Facebook" sosial şəbəkəsinin 600 min təsadüfi istifadəçisi arasında sınaq keçirib. Mütəxəssislər onları sınağa bir həftə qalmış məlumatlarının eyni çalarda olmasına əmin olmaqla iki qrupa bölüblər. Sonra daha bir həftə ərzində tədqiqatçılar hər bir istifadəçi üçün xəbər lentinin manipulyasiyasını keçiriblər. Bir lent qrupu üçün mətnlərin müsbət hissəsi, digər qrup üçün mənfi hissəsi silinib. Onların xəbəri olmadan şriftlərin, fotoların həcmi böyüdülüb. Bundan sonra proqram təcrübədə iştirak edənlərin emosional xarakterini müəyyən etməyə başlayıb.

Uğurla başa çatan sınaqdan məlum olub ki, neqativ mətnləri oxuyan birinci qrupdan olan insanlar daha kədərli xəbərlər paylaşmağa meylli olurlar. Məsələn, onların mətnlərində müsbət emosional çalara malik sözlərin sayı həftə ərzində 5,26 faizdən 5,13 faizədək azalıb. Eyni zamanda, yaxşı xəbərləri oxuyan insanlarda belə sözlərin sayı 5,24 faizdən 5,29 faizədək artıb, mənfi emosional çalara malik xəbərləri oxuyan insanlarda 1,75 faizdən 1,69 faizədək aşağı düşüb.

Araşdırma dərc olunandan sonra qalmaqal yaşanıb. Tənqidçilər yazır ki, Facebook istifadəçilər üzərində tədqiqatı, onların şəxsi məlumatlarından xəbərdarlıq etmədən, gizli şəkildə istifadə edib. Onlar bunun insan hüquqlarına zidd olduğunu deyirlər. Amma Facebookun 2012-ci ildə öz “istifadəçi qaydaları”na elədiyi əlavədən belə bəlli olur ki, qeydiyyatdan keçənlər onların üzərində tədqiqat, analiz, sınaq aparılmasına icazə vermiş olurlar. Bəs indiyə kimi Facebook başqa hansı tədqiqatlar aparıb və hansı nəticələr əldə olunub?

Sosial şəbəkə fəaliyyəti və sosial varlıq (2010)

Bu araşdırmada Facebook istifadəsinin sosial əlaqələrə necə təsir etdiyini tədqiq ediblər. Ortaya çıxan nəticələrdən ən maraqlısı ondan ibarətdir ki, həddindən artıq paylaşım edən şəxslər yalnızlıqdan əziyyət çəkirlər. Özünü tənha hiss edən insanlar Facebookda qarşılarına çıxan linklərə və paylaşımlara tıklamağa daha çox meyllidirlər.

Facebookda hisslərin yayılması (2012)

Bu araşdırmadan isə bəlli olmuşdu ki, sizin paylaşımlardakı tonunuz, seçdiyiniz sözlər, ifadə tərziniz dostlarınızın sosial şəbəkədəki fəaliyyətinə təsir edir.

Sosial təsir və siyasi səfərbərlikdə 61 milyonluq sınaq (2010)

2012-cu ildə ABŞ-da prezident seçkilərində 61 milyonu əhatə geniş bir araşdırma aparılmışdı. Həmin vaxtı sırf ABŞ istifadəçiləri üçün “I Voted” (“Mən səs vermişəm”) funksiyası əlavə edən Facebook, səs verdiyini bildirən vətəndaşların şəbəkədəki dostlarının seçki aktivliyinə necə təsir etdiyini tədqiq etmişdi.

Facebookdakı ailə münasibətləri (2013)

Facebookdakı qohumlar və onların bizə münasibəti hamımızı düşündürən məsələdir. Facebook hətta bununla da bağlı araşdırma aparıb. Bəlli olub ki, analar Facebookda övladlarına daha çox “evə tez gəl”, “əynini qalın elə” tipli ismarıclar yollayırlar. Atalar isə futboldan, siyasətdən danışmağa üstünlük verirlər.

# 6426 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

18:40 16 fevral 2026
Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

18:02 16 fevral 2026
Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

17:00 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər