Ermənistanın cəbhədə düşdüyü vəziyyətlə bağlı ən gülməli statuslar

Ermənistanın cəbhədə düşdüyü vəziyyətlə bağlı ən gülməli statuslar
12 oktyabr 2020
# 18:02

Son günlər cəbhədə gedən döyüşlərdə Ermənistan tərəfinin atdığı anormal addımlara qarşı sosial şəbəkə istifadəçiləri müxtəlif səpkidə reaksiya verir. Kulis.az bu mövzuda yazılan ən maraqlı postları təqdim edir.

Fərrux Qocamanlı: “Ermənilər nə qəribə millətdir, özlərinə məxsus tankı, texnikanı verirlər, bizə məxsus torpağı vermirlər”.

Alim Cəfər: “Paşinyan KTMT- yə deyib ki, heç olmasa, gəlin, lotereya oynayaq, 1-ci mən götürüm”.

Elşən Mehdi: “Axırda Xankəndidə həyəcan siqnalını xarab eləyəcəklər”.

Emil Musayev: (Müəllif postu paylaşanda cəbhədə olub) “Uşaqlar, bilmirsiniz, erməni tankını necə xodduyullar? Muftanı ayırım, yoxsa...?”

Yalçın Cavad: "KİV-də məlumat gəzir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının genişləndirilməsi, hərbi texnika və silah sursat arsenalının güncləndirilməsi istiqamətində fəaliyyəti davam edir. Belə ki, növbəti dəstək tədbiri nəticəsində daha 27 tankı əsgərlərimizin ixtiyarına veriblər. Yaxın günlərdə daha çox hərbi sursatın Azərbaycan əsgərlərinə təhvil verilməsi gözlənilir."

Süleyman Süleymanzadə: “Bir azdan Zabit Səmədovun şəklini suriyalı terrorist adı ilə paylaşacaqlar”.

Fərda Amin: “Putin yığıb ki, ə qurumsaq, yığa-yığa məni də öyrəşdirdin özünə, hardasan, yarım saatdı niyə yığmırsan?”

Bahar Zamanı: “Bu dəqiqələrdə Paşinyanın maması deyir ki, a gədə, qoy o telefonu yerə, gözün çıxıb töküldü. Bircə biləydim kimə zəng edirsən gecə vaxtı!"

Elvin Paşa: “Paşinyan “Facebook”da status paylaşıb ki, əsgər itkimiz yoxdu, erməninin biri də altında yazıb ki, etibarlı mənbə göstərin”.

Ömər Xəyyam: “İti qovan kimi” frazeolojiyasının ən yaxşı tərcüməsi “doggy style”dir.

Kərim Abi: “Xızıya raket atmaq nәdi? Rәşad Dağlının ordusu Ermәnistanın әhalisindәn çoxdur, tapdalayarlar adamı”.

Miri Rəsulzadə: “Artıq tariximiz iki hissəyə bölünür: itiqovandan əvvəl, itiqovandan sonra”.

# 9266 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər