Emil Rəhmanoğlu həbsindən danışdı: "İlk dəfədir deyirəm, Zahid Sabirabadlı üzümə durdu ki..."

Emil Rəhmanoğlu həbsindən danışdı: "İlk dəfədir deyirəm, Zahid Sabirabadlı üzümə durdu ki..."
16 fevral 2021
# 11:06

Müğənni Emil Rəhmanoğlu narkotikə qurşanmasında və başına gələn hadisələrdə günahkar olan şəxslərlə bağlı müsahibə verib. Kulis.az müsahibədən bir parçanı təqdim edir.

-Sizi zərərli vərdişlərlə tanış edən çevrə sənət aləmindən idi?

-Bəli.

-Hazırda səhnədədirlərmi?

-Biri səhnədədir, digəri vəfat edib.

-Kim?

-Biri Elçin Cəlilov idi.

-Elçin Cəlilov da böyük sənətkar idi. Onun sizi zərəli vərdişlərə qurşandırmağa nə ehtiyacı ola bilərdi? Axı bayaq danışdıq ki, istedadsız, orta səviyyəli sənətçilər daha paxıl olur. Hətta deyərdim ki, Elçin Cəlilov da zərərli vərdişlərin qurbanlarından biri idi...

-Onun belə bir şeyə ehtiyac yox idi. Elçin çox yaxşı sənətkar və böyük insan idi. O elə bir iz qoyub getdi ki, bundan sonra yüz il də keçsə, Azərbaycan musiqisində elə sənətkar nadir hallarda ola bilər. Elçin Allah-təalanın Azərbaycan musiqisinə nadir hədiyyələrindən biri idi.

-Bəs sizcə, bu planı quran kim idi?

-O dövrdə Elçin Cəlilovdan sonra perspektiv vəd edən gənclər biz idik...

-Elton Hüseynəliyev, siz...

-Yox, Elton onda tanınmırdı. Mən müsabiqədən əvvəli danışıram. Skripkaçı Ramin, mən və bir neçə gənc musiqiçi var idi ki, musiqi aləmində böyük perspektiv vəd edirdik. Elçindən və Vidadi Bərdəlidən savayı indi həmin insanların hamısı həyatdadır. Allah ona da rəhmət eləsin!

-Vidadi Bərdəli də həmin çevrədə var idi?

-Yox, Vidadi Bərdəli narkotik qəbul etmirdi, amma yaxşı içki içməyi var idi. Onun da pis cəhəti içməyi idi. Elçini bir musiqiçi zərərli vərdişlərə qurşandırmışdı.

-Bildiyimə görə həmin insan Xalq artistidir...

-Bəli, doğru bilirsiniz. Elçini də o qurşandırmışdı. O dövrdə biz hamımız da Elçinin ətrafında idik. Biz ona həsəd aparırdıq. Elçin də Elçin idi, axı... Biz həm də bir yerdə işləyirdik. Lalə Dadaşova, Elçin Cəlilov, biz –mən, skripkaçı Ramin, qarmon ifaçısı Aydın “Abşeron” mehmanxanasının güzgülü zalında, Avropa zalında işləyirdik. O dövr üçün ölkədəki iki ən yaxşı ansambldan biri biz idik.

-Ortada çox qəribə və qaranlıq bir məqam var. 2005-ci ildə həbsinizlə nəticələnən hadisədə kiminsə avtomobili qaçırılmışdı. Amma eyni zamanda siz çox yaxşı pul qazanırdınız, Bakının iki ansamblından birinin solistisiniz. Pulu olan adam niyə belə bir iş tutsun ki?

-Mən 2005-ci ildə qazandığım pulu heç vaxt qazanmamışam.

-Maşın məsələsi də 2005-ci ildə olmuşdu?

-2007ci ilin dekabr ayının 31-də Zahid Sabirabadlı ilə Lökbatanda bir xanım ifaçının evində Yeni ili qeyd edirdik. Hadisə orada içkili başla baş verib.

-Kiminsə maşınını sürüb qaçmışdınız?

-Zahid və həmin xanım evdə qaldı, biz qalan hamımız həmin maşına oturub getdik. Səhəri gün xəbər tutduq ki, bu avtomobil axtarışdadır.

-Bəs həmin avtomobil ora necə gətirilmişdi?

-Aparıb gətirmişdilər ora. Oğurluq gəlib çıxmışdı.

-Çox qəribədir...

-Maşın söhbətində məndən başqa iki nəfər yaşlı insan həbs edilmişdi. Birinin qızının toyu olacaqdı. Digəri isə Zahidin və o xanımın sürücüsü idi. Elə bil ki, sürücü öz kəndçisinin maşınını içkili vəziyyətdə qaçırtmışdı. Kəndçisi də polisə şikayət etmişdi ki maşınımı qaçırtmışdılar.

-Yeddi il müddətinə həbs olundunuz...

-Altı il.

-Sizcə, o əmələ görə altı il cəza çox deyildi?

-Çünki mən digər iki nəfərin də törətdiyi əməli öz üzərimə götürdüm. Axı onlar həm yaşca böyük idi, həm də birinin qızının toyu olacaqdı.

-Təkcə siz həbs edildiniz?

-Əslində, hakim özü də bilirdi ki, burada mənlik bir şey yoxdur. Hətta mənə məhkəmə zalında hakim dedi ki, ay bala, niyə belə edirsən, bəlkə kimsə sənə hədə-qorxu gəlir? Allah Zahid Sabirabadlıya rəhmət eləsin. Bunu bütün musiqiçilər bilir, amma mediada ilk dəfədir danışıram. Orada gəlib üzümə dayandı ki, hamısını Emil edib, sərxoş olduğu üçün açarları götürüb maşına minib qaçıb. Halbuki o iki nəfər də dedi ki, burada Emillik bir iş yoxdur. Hətta bildirdilər ki, Emil müğənni adamdır, biz dedi ki, maşın var, şəhərə gedirik, o da bizimlə getdi. /ölkə.az/

# 5197 dəfə oxunub

Oxşar xəbərlər

“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar"  Forumu keçirildi

“Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" Forumu keçirildi

17:38 10 dekabr 2025
"Həzrət Əli Azərbaycanda olmayıb, amma "Əli ayağı" piri var" – Folklorşünasla müsahibə'

"Həzrət Əli Azərbaycanda olmayıb, amma "Əli ayağı" piri var" – Folklorşünasla müsahibə'

16:42 10 dekabr 2025
Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı

Milli Konservatoriyada Ümummilli Liderin xatirəsi anıldı

15:47 10 dekabr 2025
"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı

"Mənə güc verən konslagerdəki bir insana olan sevgim idi…" - Gestapo istintaqında səsini itirən Nobel mükafatçısı

15:00 10 dekabr 2025
XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

XIX əsrdə sevgi haqqında açıq danışan modern şair - Ona niyə “çəkingən rahibə” deyirdilər?

14:37 10 dekabr 2025
İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb

İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb

13:52 10 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər