Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi

Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
2 iyul 2020
# 10:09

Azərbaycan əsilli İran yazıçısı, dünya şöhrətli dramaturq Qulamhüseyn Saedinin məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda çap olunub.

Əsəri fars dilindən Azərbaycan türkçəsinə tərcüməçi Ariz Tarverdiyev çevirib.“Orijinal roman strukturu ilə diqqət çəkən, çap olunduğu il İranda böyük səs-küyə səbəb olan “Bəyəl əzadarları” romanı dünya magik realizminin ilk nümunələrindən sayılır.

Əsərdə özünü taleyin hökmünə təslim etmiş zavallı kəndlilərin fanatizm, cəhalət, qorxu, tabu, mistika burulğanında çarəsizliyi əks olunur. “Bəyəl” adlı ucqar kənd sakinlərinin başına gələn hadisələr, əslində, böyük bir cəmiyyətin bədbəxtliyindən xəbər verir. Müəllif heç bir mühakimə etmədən oxucunu obrazlarla üz-üzə qoyaraq bəyəllilərin heç vaxt bitməyən əzadarlığına dəvət edir...”

Romanın motivləri əsasında çəkilmiş “İnək” filmi ilk neorealist film kimi İran kinosunu dünya miqyasına çıxarıb. Ölmüş inəyinin yoxluğu ilə barışa bilməyən bir kəndlinin “inəyə çevrilməsi”ndən bəhs edən ekran işinin 1971-ci ildə 32-ci Venesiya festivalında tənqidçi mükafatına, daha sonra Berlin və Kann film festivallarında “ən yaxşı rejissor işi” nominasiyası üzrə təltiflərə layiq görülməsi həm əsərə, həm də ssenarinin müəllifi Qulamhüseyn Saediyə böyük şöhrət gətirib.

Roman “Parlaq İmzalar” nəşriyyatı tərəfindən çap edilib, həcmi 300 səhifədir. /avanqard.net/

# 3555 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər