Dünən vəfat edən bəstəkarın bacısı Firəngiz Əlizadəni sərt tənqid etdi: Yalan danışır!

Dünən vəfat edən bəstəkarın bacısı Firəngiz Əlizadəni sərt tənqid etdi: Yalan danışır!
27 sentyabr 2021
# 12:27

"Qardaşımın məgər sahibi yox idi ki, qocalar evində vəfat etsin? Onun burda bircə qızı və mənim kimi bacısı var."

Kulis.az xəbər verir ki, bu sözləri ötən gün Kanadada vəfat edən Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Adil Bəbirovun bacısı Elmira Bağırova Firəngiz Əlizadənin bəstəkarın Kanadada yaşadığı qocalar evində vəfat etdiyi haqda açıqlamasına münasibət bildirərkən deyib.

O, həmçinin bildirib ki, qardaşı müalicə olunduğu xəstəxanada vəfat edib: “Mən bilmirəm Firəngiz Əlizadə qardaşımın qocalar evində vəfat etdiyini hardan fikirləşib tapıb. Qardaşımın məgər sahibi yox idi ki, qocalar evində vəfat etsin? Onun burda bircə qızı və mənim kimi bacısı var. Sadəcə Adil müəllimin ayağı sınmış, bunun nəticəsində daban hissəsi irinləmişdi. Hər şey yaxşı idi, daha yaxşı gəzməsi və sağalması üçün biz onu səhiyyə müəssisəsinə yerləşdirdik və hər gün yanına gedib gəlirdik. Vəfat etdiyi günün gecəsi müalicə olunduğu səhiyyə ocağında piano ifa edib və ətrafda olan hər kəs heyrət içində onu izləyib.Sanki ölüm ürəyinə damıbmış kimi. Həkimlərin müayinəsindən sonra yatıb və ayılmayıb. Firəngiz Əlizadə deyir ki, bizim onunla əlaqəmiz yoxdu. O, nə vaxt əlaqə yaradıb ki? İttifaq sədri kimi nə vaxt yada salıb qocaman bəstəkarı? Hətta Adil Bəbirov kimi insan təqaüd belə almırdı. Mənə verilən məlumata görə qardaşımın şəklini heç İttifaqın divarından belə asmayıblar. Səbəbini də Firəngiz Əlizadə Adil Bəbirovun xalq artisti olmaması ilə izah edib. Mənim qardaşım xalq artisti olmaya bilər, amma onun əsərləri qızıl fondda saxlanılır. Çox təəssüf edirəm ki, Firəngiz Əlizadə bu cür yalan məlumat yayıb. O rəsmi adamdı gərək dəqiqləşdirib məlumat yaysın”

Elmira Bağırova onu da bildirib ki, Adil Bəbirov Kanadada dəfn olunub: “Qardaşım uzun illər yaşadığı Kanadada dəfn olunub. Biz artıq bununla bağlı işləri görmüşük. Yaşadığımız ərazidə məscid var. Ora müraciət etdik və Adil Bəbirov müsəlman qaydaları ilə dəfn olundu.”

Qeyd edək ki, bəstəkarın ölümü ilə bağlı jurnalistlərin sualını cavablandıran Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə onun qocalar evində öldüyünü və Kanadada da dəfn olunacağını bildirib. Həmçinin əlavə edib ki, bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında Adil Bəbirovun da əsərləri səsləndirilib.

Məlumat üçün bildirək ki, Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 5-də anadan olub. Müxtəllif illərdə Şövkət Ələkbərova, İslam Rzayev, Flora Kərimova, Elmira Rəhimova, İlhamə Quliyeva, Akif İslamzadə və başqa sənətçilər Adil Bəbirovun musiqi əsərlərini ifa ediblər. Adil Bəbirov həmçinin kino filmlərə, teatr tamaşalarına da musiqi bəstələyib.

/laftv.az/

# 5842 dəfə oxunub

Oxşar xəbərlər

Botticellinin 10 milyon funtluq tablosu yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq tablosu yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər