Cinə çevrilən bibim qızı – Oğuz yazır...

Cinə çevrilən bibim qızı – Oğuz yazır...
29 iyun 2020
# 12:47

Kulis.az Oğuz Ayvazın “Cin olmasaydı...” yazısını təqdim edir.

Cinlər bizim üçün həmişə aktual mövzudur. O cümlədən, cin mifik obraz kimi ədəbiyyatda, kinoda, sənətdə həmişə maraqlıdır. Nənələrimizdən, babalarımızdan cin haqda nağıllar eşidəndə qorxudan dilimiz topuq vurardı.

İstənilən halda cəmiyyət olaraq cinə inanırıq, ondan qorxuruq, adını eşidəndə çəkinirik. Cinə ədəbiyyat kontekstində yanaşsaq, çox unikal bir magik-realist obraz olduğunu görərik. Nağıllarımızda tez-tez cinlərlə rastlaşırıq.

Quranda da cinlə bağlı ayələr mövcuddur. Deyilənə görə, cinlərin şərindən qorunmağın ən yaxşı yolu “Bəqərə” surəsini və həmin surədəki “Ayətül-kürsü”nü təkrar-təkrar oxumaqdır.

Quran ayələrinə cinlərin gəlib-getmiş ümmətlərdən olduğu deyilir. Onların da nəsilləri, əcdadları var. Cinlər insanlardan fərqli məkan ölçüsündə yaşayır, insanları görür, söhbətlərini dinləyirlər.

Dindar qohumumgildə cinlə bağlı bir hadisə olmuşdu. Qohumum deyəndə ki, bibim qızının “içinə cin girmişdi”. Bibimin ailəsi qatı dindar idi. Əri, özü, uşaqları vaxtlı-vaxtında namaz qılır, oruc tutur, bir sözlə İslamda buyrulan əməllərə riayət edirdilər. Bibim qızı axşama kimi evdə tək qalırdı. Ev əhli işdə-gücdə olduğundan təklik onu getdikcə dəyişdirməyə, başqa bir insana çevirirdi.

Anasına, atasına qarşı kobud cavablar verir, bəzənsə saçlarını yolurdu. Gecələr əcaib səslər çıxardırdı. Narahat olan bibim qızının sağalmağı üçün molla çağırır. Molla da deyir ki, qızın içinə cin girib. O cini çıxartmaq üçün qəribə üsullara əl atır, ayələr oxuyur və bir müddətdən sonra qız özünə gəlir. Bilmirəm, bu əhvalat nə qədər həqiqətdir, amma bibim bu hadisəni o qədər bəh-bəhlə, həvəslə danışırdı, gəl görəsən.

Bəzi adamların inancına görə, ruh çağırma deyilən fal nağıllarında çağırışa gələn elə bu şeytanlaşmış cinlərdir. Zəkaları, qüvvətli yaddaşları, zaman və məkan anlayışından azad olmaları, üstün təqlid qabiliyyətləri bu işdə onlara yardım edir.

Buna baxmayaraq, ümumi müqayisədə cinlər insanlardan üstün deyillər. Əksinə, insanlar daha mükəmməl yaradılmışlar. Cinlər insanlardan aldığını yenə insanlara satarlar. Cinlərlə təmasın tarixi insanlıq tarixi qədər qədimdir desək, mübaliğə olmaz. Keçmişdə bu cür təmas quran kimsələrə kahin və ya cindar deyirdilər. Onlar bir və ya bir neçə cinlə əlaqə yaradar, onlardan xəbərlər alar, öyrəndiklərini digər insanlara çatdırardılar.

Cinlər bəzən səmaya qalxar, mələklərdən gələcəyə aid xəbərlər almaq üçün qulaq falına çıxar, aldıqları məlumatı kahinlər vasitəsilə insanlara çatdırardı. İndiki ruh çağıran falçıların vəziyyəti elə bu kahinlər kimidir.

Mənə qalsa, mistikaya inanıram. Ümumiyyətlə, həyat bu qədər sadə ola bilməz. Bizim bilmədiyimiz, görmədiyimiz sirli, mistik, məxfi hadisələr, nəsnələr var. İntellektual adamlar cinə inananları çox vaxt lağa qoyurlar. Amma dünya ədəbiyyatı, kinosu belə cinlərdən, mistikadan onlarca şedevr yaradıb. Şəxsən mən öz həyatımda mistikanın necə gizli formada hərəkət etdiyini həmişə hiss etmişəm.

Sonda cin kimi mistik varlıqların və ümumən mistikanın sənətə verdiyi töhfələrə baxıb məşhur fikri belə ifadə edə bilərik: “Cin olmasa belə onu uydurmaq lazım gələrdi.”

# 9466 dəfə oxunub

Oxşar xəbərlər

"Farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək" - Nihal Atsızın İran mətbuatına cavabı

"Farslarla ermənilərin birləşməsi əsla gerçəkləşməyəcək" - Nihal Atsızın İran mətbuatına cavabı

19:00 12 yanvar 2026
Dövlət Uşaq Xor Kapellası yaradılacaq

Dövlət Uşaq Xor Kapellası yaradılacaq

18:43 12 yanvar 2026
“Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi?

“Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi?

18:30 12 yanvar 2026
Cəbəllütariqdə 40 min il bağlı qalmış  gizli otaq tapıldı

Cəbəllütariqdə 40 min il bağlı qalmış gizli otaq tapıldı

17:40 12 yanvar 2026
Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi  yaradılacaq

Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

17:20 12 yanvar 2026
“İRS” jurnalının fransız dilində növbəti nömrəsi dərc olundu

“İRS” jurnalının fransız dilində növbəti nömrəsi dərc olundu

16:30 12 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər