Çarli Çaplinin kinoya gətirdiyi azərbaycanlı

Çarli Çaplinin kinoya gətirdiyi azərbaycanlı
7 fevral 2021
# 11:30

Bu gün görkəmli rejissor Tofiq Tağızadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Bakıda müəllim ailəsində anadan olub. Üç il musiqi məktəbində skripka bölməsində oxuyub. Anasını çox erkən yaşlarında itirib.

***

Kinoya sevgini onda uşaqlıq illərində baxdığı Çarli Çaplin filmləri yaradıb. Bu sənəti ona Çaplin sevdirib və onu gətirib kinoya çıxarıb.

***

Özünəməxsus geyinər, kino mühitində az görünərdi. Tofiq Tağızadəni başındakı “Meksika panaması”ndan tanımaq olurdu. Çox sadə, həssas, mülayim insan idi.

Tofiq Tağızadədə həm də qeyri-adi aktyor bacarığı olub. Ramiz Həsənoğlunun “Ac həriflər” teletamaşasında “İftira” cəriyəsinin mühərriri Mirzə Muxtar obrazını uğurlu yaradıb. Məşhur “Meksika panaması” da başında.

***

Ömür boyu cəmi 14 film çəkə bilib. 15-ci filmi yarımçıq qalıb. "Görüş", “Uzaq sahillərdə”, “Əsl dost”, “Yeddi oğul istərəm” kimi filmləri ilə milli kinomuza fərqli, yeni nəfəs gətirib. Ona “Azərbaycan kinosunun patriarxı” deyirdilər.

“Dədə Qorqud” dastanın motivlərini kinoya gətirirək eyni adlı film çəkib. Film yarandığı vaxtdan bu günə kimi ona tamaşaçı marağı səngimir.

***

Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, ancaq Böyük Vətən müharibəsi başlandığı üçün könüllü müharibəyə gedib. Döyüşlərdə yaralanıb və tərxis olunub.

***

Bakı Komsomol Komitəsində çalışmağa başlayıb, ancaq sənətə olan sevgisi onu Moskvaya aparıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunub. Məşhur sovet rejissorları Sergey Yutkeviç, Eyzenşteyn, Lev Kulişov kimi ustadlardan dərs alıb. Moskva mühiti onun rejissor kimi yetişməsində müstəsna rol oynayır. Sonralar sovet kinosunun nəhəngləri sayılan Çuxray, Qurin, Abuladze, Çxeidze, Basov Tofiq Tağızadənin tələbə yoldaşları olublar.

Təhsil illəri başa çatdıqdan sonra “Mosfilm” kinostudiyasında çalışmağa başlayır. Vətən həsrəti onu Bakıya aparır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazmağa başlayır. İlk filmi “Görüş” olur.

***

60-ci illərdə film çəkmək üçün Bəyan kəndinə getməli imişlər. Ermənilər kəndə gedən yolu kəsmişdilər. Tofiq Tağızadə başa düşür ki, erməniləri qəsdən bura yığıblar ki, filmi çəkə bilməsin, dava-dalaş düşsün. Bu işlərin başında kənd sovetinin sədri dayanırdı. Tofiq müəllim gonbul bir kişidən milliyətcə erməni olan kənd sovetinin sədrini çağırmağını tələb edir. Gonbul kişi, “nə deyim çağırım” - deyə soruşunca rejissor hamı eşitsin deyə ucadan səslənir: “De ki, torpaqların sahibi gəlib!”

Ömrünün qürub çağlarında xüsusi studiya yaratmışdı. İşləmək, yaratmaq istəyirdi. Amansız ölüm Tofiq Tağızadəni kinodan apardı. O, 1998-ci il avqustun 27-də dünyadan köçdü.

# 8491 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər