Canlı dekorasiya ilə meydan tamaşası olacaq - Azərbaycanda ilk dəfə

Canlı dekorasiya ilə meydan tamaşası olacaq - Azərbaycanda ilk dəfə
20 iyul 2020
# 10:30

Mingəçevir Dövlət Dram Teatrı canlı dekorasiya ilə Şamaxıda Kələxana Türbələrində “Apardı Sellər Saranı” xalq dastanının motivləri əsasında hazırlanan “Sara” tamaşasının təqdimatına hazırlaşır.

Bu barədə Kulis.az-a Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Cavid Təvəkkül məlumat verib. Rejissor açıqlamasında onu da qeyd edib ki, bu Azərbaycanda ilk canlı dekorasiya ilə həyata keçirilən tamaşadır:

“Növbəti yenilik isə ondan ibarətdir ki, biz tamaşaının təqdimatını internet üzərindən canlı yayım vasitəsilə həyata keçirəcəyik. Tamaşanın qlobal dünya maştabında premyerasını keçirməklə, “Apardı sellər Saranı” dastanını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq niyyətindəyik. Bu epik teatr üslubunda, antik teatr çərçivəsində olan bir janrdır. Teatrının bütün kollektivi bu tamaşada iştirak edəcək təbii ki, karantin qaydalarına riayət olunaraq. Tamaşanın təqdimat tarixi isə Operativ Qərargahın verdiyi qərarlardan asılıdır. Düşünürəm ki, bu həm Azərbaycan teatrı, həm turizmi üçün çox əhəmiyyətli bir addım olacaq. Çünki biz teatrı marketinq ilə sintez edərək, həm regionu, həm də teatrımızın performasını PR etmək niyyətindəyik.”

Qeyd edək ki, tamaşanın ideya müəllifi və rejissoru Cavid Təvəkküldür.

# 4126 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirdi

Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirdi

16:26 13 noyabr 2026
Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

Tərcümə Mərkəzinin büdcəsi Yazıçılar Birliyinə verilir? – Xalq yazıçısı Anardan açıqlama

15:54 13 noyabr 2026
Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

Ramiz Əzizbəylinin kürəkəni niyə həbs olunmuşdu? – Məhkəmədən yeni qərar

15:35 13 noyabr 2026
30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər