Bəxtiyar Vahabzadə Şəkidə anıldı - Fotolar

Bəxtiyar Vahabzadə Şəkidə anıldı - Fotolar
13 fevral 2020
# 17:20

Bu gün Şəki şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar xatirə tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İ.Nakam adına mərkəzi kitabxanasında keçirilən “Poeziyamızın Bəxtiyarı” adlı tədbirdə mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, poeziya həvəskarları iştirak ediblər.

Xatirə tədbirində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, qüdrətli söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Şair azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Tədbirdə Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, MKS-nin direktoru Seyid Vahabov və 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, Xalq şairi ilə bağlı ən xoş xatirələrini səsləndiriblər. Bildirilib ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə bağlı bir insan idi, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Yaratdığı əsərlərdə Şəkiyə xas kolorit, düşüncə özünü aydın göstərirdi.

Qeyd olunub ki, şairin əbədiyyətə qovuşmasından 11 il vaxt keçsə də, işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində həmişə yaşayacaq.

# 3924 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər