Buker mükafatının uzun siyahısı açıqlanıb

Buker mükafatının uzun siyahısı açıqlanıb
28 iyul 2020
# 11:00

Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından olan Buker Ədəbiyyat Mükafatının uzun siyahısı hazırlanıb.

Kulis.az Tass İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Buker Ədəbiyyat Mükafatının ikiqat qalibi Hilari Mentelin də iştirakı ilə Buker mükafatının siyahısı hazırlanıb.

Siyahıya Amerikalı müəlliflərdən Dayan Kuk, Evnil Doşi, Kayli Rid, Brendon Teylor, Enni Tayler, Si Poem Çjan, Kolum Makkenn, (İrlandiya və ABŞ), Maaza Menqiste (Efiopiya və ABŞ), Duqlas Styartın (Şotlandiya və ABŞ) adları daxil olunub. Mentel, Qabriel Krausz və Sofi Uord Böyük Britaniyanı, Çiçi Danqarambqa isə Zimbabveni təmsil edir.

Qeyd edək ki, 2019-cu ilə qədər Mentel dünyada iki dəfə Buker mükafatını qazanan yeganə yazıçı olub.

Seçilmiş on üç əsərin doqquzu qadın müəlliflərin əsərləridir. Siyahıya daxil olunan 8 əsər isə debüt əsərlərdir.

Siyahıda yer alan kitablar İngiltərə və İrlandiyada 2019-cu ilin oktyabrında nəşr olunan kitablardır.

On üç yazıçıdan altısının yer aldığı qısa siyahı isə sentyabrın 15-də açıqlanacaq və mükafatın qalibinə veriləcək 50 min funt sterlinq mükafat noyabr ayında elan ediləcək.

# 3521 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər