Bir inci olmaq...

Bir inci olmaq...
26 avqust 2021
# 11:26

Görəsən onun iş saatı necə tənzimlənir? Hər səhər prezidenti ilk görən adamın iş saatı. Rəsmi qəbullar, görüşlər, protokollar, məruzələr, imzalar, səfərlər və ara-sıra mətbuata sızan mətbəx vaxtı.

İllərdir ölkənin birinci adamının arxasında birinci olmaq yəqin çətindir hə, xanımlar? Yəqinsiz çətindir, əlbəttə. Mən bu barədə elə qadınların özlərindən eşitmişəm.

Mehriban Əliyevanı Azərbaycanda “first lady” institunun yaradıcısı hesab etmək olar. Ona qədər sələflərinin fəaliyyəti nəzərəçarpan olmayıb. O bu instititu aktuallaşdırdı. Müsəlman ölkələrində qərblə mədəni körpü yaradan neçə first lady tanıyırıq?

Roma Papası Bakıya dəvət ediləndə sülhə çağırış etdirən neçə “first ana” var? Niyə first ana? Uşaqları da özləri kimidir. Xeyriyyəçi, maarifçi və xalqsevər. Hansını düz demirəm? Misallar çəkim, yoxsa özünüz axtarış verirsiz? Saatlarla bu məlumatların içində gəzəcəksiniz. Hərgah düşünürəm ki, xanım özü haqqında təbliğata qarşıdır sanki. Tanıtımı fəaliyyətininin kiçik bir hissəsidir. Çünki ölkənin harasına gedirsən, mövzu açılanda haradansa bir nəfər çıxıb deyir ki, Mehriban xanım bura gələndə... və yaxud Mehriban xanım bunu edəndə... ya yaxasından bir şəkil çıxarır, ya da fərəhlə telefonunda Mehriban Əliyeva ilə qoşa fotosunu göstərəndə təəccübümü gizlədə bilmirəm.

Biz bəzən vaxtdan şikayətlənirik. Bəs bu zərif qadın necə bölür o 24 saatı?

Dövlət tədbirlərində, yeni infrastrukturların açılışında və layihələrdə iştirak edir, şəhid analarına baş çəkir, qazilərlə görüşür. Gülür, kövrəlir. Kövrəldir... səssizcə...

İnternat gənclərini evləndirir. Özü də söhbət təkcə 2017-ci ildəki toydan getmir. 2006-cı ildə də eyni təşəbbüs olub. Mehriban xanımın qayğısıyla neçə-neçə kimsəsiz gənclər həyat qurublar. Neçə məktəblər, bağçalar tikilib, neçə məzun xaricə təhsil almağa göndərilib. Şuşadakı “Xarıbülbül” festivalında iştirak edən gənclər kimi məsələn...

Həmişə yaxşı mənada arxada qalmağı bacarıb. O yaxşı mənada ki, prezidentimizin arxasında bir nəcib xanım olub həmişə. Sözüm qəribliyə yozulmasın. Əsla kiminsə xidmətini kiçiltmək istəmirəm. Bu boyda komanda var, amma etiraf edək ki, hökumətin, iqtidarın nəzərəçarpan reytinqi prezidentin və xanımının çiyinlərindədir.

Bu qədər müasirliyin və yeniliklərin içində ənənələri qorumaq çətin məsələdir. Mehriban xanımın özündən əvvəlki birinci xanımlara olan münasibəti də bu əsnada nəzərəçarpandır. Onun Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun və ikinci prezidenti Əbülfəz Əliyevin mərhum həyat yoldaşına olan xüsusi münasibəti buna əyani sübutdur.

Ədilə xanımın və Həlimə xanımın dəfninin xərclərini öhdəsinə götürməyindən, ora xüsusi əklil göndərməyinə qədər diqqət ayıran bir şəxsiyyətdir Mehriban xanım.

Azərbaycanın birinci vitse-prezidentinin, Heydər Əliyev fondunun prezidentinin, Unesconun və İsesconun xoşməramlı səfirininin professorlardan ibarət şəcərəsinə, kimin gəlini və kimin həyat yoldaşı olduğuna nəzər yetirəndə onu başqa cür təsəvvür etmək olmur.

Mehriban xanım bir neçə il əvvəl Baku jurnalına müsahibə verəndə demişdi ki, ən sevdiyi daş OPALdır. OPAL - dərin və həmişə fərqlidir. Bəli... siz dərin və fərqlisiz. Daim yeniliklərlə dolu bir xanımsız...

Bir şeyi də qeyd edim. Müharibə vaxtı cənab prezidentin tvitləri hansı həvəslə gözlənilirdisə, torpaqlarımız işğaldan azad olunandan sonra Mehriban xanımın videopaylaşımları həmin maraqla izlənilir. İşğaldan azad olunan bölgələrdə ölkənin birincilərinin eksklüziv görüntüləri həmişə hansısa böyük layihənin əsasının qoyulması ilə nəticələnir.

Necə bölürsüz o 24 saatı?

Doğum gününüz mübarək, bizim Mehriban!

Mətn: Orxan Məmmədli

Montaj: Cəbrayıl Əmirov

Mətni səsləndirdi: İqrar Eyvazov

# 3105 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər