Bakıda film festivalının qalibləri mükafatlandırıldı

Bakıda film festivalının qalibləri mükafatlandırıldı
21 noyabr 2019
# 18:42

Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində 2009-cu ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycan ailəsi-2019" film festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev, millət vəkilləri və icra hakimlərinin müavinləri iştirak ediblər.

AQUPDK-nın sədri Hicran Hüseynova tədbir iştirakçılarına bildirib ki, artıq 11 ildir Komitə Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu ilə birgə bu festivalı həyata keçirir:

"Komitə ailə institutunun möhkəmləndirilməsi, qadın, uşaq hüquqlarının qorunması istiqamətində bir sıra layihələr reallaşdırır. Festivala başlayandan sonra mövzuya böyük ehtiyac olduğunu gördük. Profesionallarla birlikdə bir çox insanları bu işə cəlb edə bildik".

Komitə sədrinin dediyinə görə, ötən illər ərzində müsabiqəyə 345 rejissor tərəfindən 386 film təqdim olunub:

"Müsabiqəyə müxtəlif ölkələrdən 42 xarici film göndərilib. Bundan başqa, 140-dan çox fotoqraf tərəfindən 520 foto təqdim olunub. Festivalın səviyyəsi ildən ilə artaraq beynəlxalq nüfuz qazanır. Festival həmçinin gənc rejissorlar üçün, filmlərinin geniş auditoriyaya çatdırılması baxımından çox əhəmiyyətlidir".

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev bildirib ki, ötən 11 il ərzində festivalın böyük uğurla təşkili, burada qoyulan mövzulara artan marağın göstəricisidir:

"Bir sıra toplumlardan fərqli olaraq Azərbaycanda ailə institutu öz missiyasını daha doğru-düzgün saxlaya bilib. Müstəqillikdən sonra Azərbaycanın üzləşdiyi problemlər ailələrdən də yan keçməyib.

Kinematoqrafiya ictimai rəyin formalaşmasında da xüsusi rol oynayır. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini kinematoqrafiyanın verdiyi imkanlardan istifadə etməklə Azərbaycan ailəsinin nüfuzunun artırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir və gələcəkdə də Komitəylə birgə işləri davam etdirəcəyik".

Qeyd olunub ki, martın 1-dən başlayan 11-ci "Azərbaycan ailəsi-2019" film festivalına 41 iştirakçı 49 film təqdim edib. Bunlardan müsabiqənin məqsəd və ideyasına uyğun olan 47 film müsabiqəyə buraxılıb.

Sonda "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı tələbə filmi", "Ən yaxşı sosial çarx", "Sosial şəbəkədə ən çox bəyənilən film", "Ən yaxşı fotoşəkil" nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqədə iştirak üçün təşkilat komitəsinə 2 bədii film, 6 televiziya verilişi, 9 sənədli film, 14 tələbə filmi, 3 xarici film, 6 sosial çarx, 7 vətənpərvərlik mövzusunda film, "Həyatdan şəkilə"adlı foto müsabiqəyə isə 21 iştirakçı 78 fotoşəkil təqdim edib.

# 3371 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

Van Qoqun əsəri haqqında elmi araşdırma - "Ulduzlu gecə" nə vaxt çəkilib?

18:30 27 oktyabr 2026
Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

Niderlandın "Avroviziya 2027" ilə bağlı qərarında dəyişiklik edildi

18:00 27 oktyabr 2026
Emin Hüseynov:  "Mədəni irs nümunələrimizi bərpa etmişik"

Emin Hüseynov: "Mədəni irs nümunələrimizi bərpa etmişik"

17:18 27 oktyabr 2026
Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia:  Xəstələrə əziyyət verib

Güllünü qətlə yetirən qızı ilə bağlı yeni iddia: Xəstələrə əziyyət verib

17:00 27 oktyabr 2026
Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

Kukla Teatrının direktoru əməkdaşı məhkəməyə verdi

16:35 27 oktyabr 2026
Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

Rusiyanın Xalq artistinin konsertləri ləğv oluna bilər - Səbəb

16:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər