Azərbaycanda yeni teatr yaradıldı

Azərbaycanda yeni teatr yaradıldı
24 fevral 2021
# 16:02

Gəncənin ilk müstəqil teatrı yarandı - dAo theatre

Gəncə şəhərinin ilk müstəqil teatrı təsis olunub. Yeni yaranmış dAo teatrı 14 fevral 2021-ci il tarixində elan olunub.

Kulis.az xəbər verir ki, yeni yaranmış "dAo Teatrı" 14 fevral 2021-ci il tarixində elan olunub.

Teatrın media koordinatoru Emina İsayevanın verdiyi məlumata görə, dAo Gəncədə yaranan ilk müstəqil teatr - laboratoriyadır. Teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur:

“Fevralın əvvəli Gəncədə seçim turu olub və seçimə 30 nəfərdən çox insan qatılıb. Onlardan 11 nəfəri teatra seçilib”.

Teatrın qurulması və birinci tamaşanın hazırlığı üçün ölkəmizin ilk müstəqil teatrı olan ADO, Amerikanın Azərbaycandakı Səfirliyi və Gəncənin incəsənət məkanı olan Art Garden Gənjə dəstəkçi olub. Artıq ilk performansın hazırlıqlarına başlanılıb və nümayiş haqqında teatrın rəsmi səhifələrində məlumatlar yayılacaq. Hər həftə Bakıdan gələn incəsənət nümayəndələri teatr heyətinin formalaşması üçün onlara plastika, danışıq, bədən məşqləri, rəqs hazırlıqları keçir.

Logo və vizualların müəllifi teatrın musiqi tərtibatçısı və dizayneri Toğrul Hacıyevdir. Teatrın rəssamı Aliyə Qasımova, səhnə danışığı Elgün Mahmudov, satış meneceri Rövşən Quliyevdir. Teatrın strukturu formalaşmağa davam edir.

# 4697 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər