Azərbaycan-Pakistan dostluğuna həsr olunmuş sərgi başa çatdı

Azərbaycan-Pakistan dostluğuna həsr olunmuş sərgi başa çatdı
14 oktyabr 2020
# 10:00

Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü ilə sosial şəbəkələr vasitəsilə bu ilin may-iyun aylarında keçirilən, ölkəmizin Respublika Gününə həsr olunan “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi olub.

Tədbirdə Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Fouzia Səid, bu ölkənin ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, müsabiqə iştirakçıları və səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib və Azərbaycanla bağlı videoçarx izlənilib.

Azərbaycanın Pakistandakı səfir Əli Əlizadə Azərbaycan-Pakistan dostluğu haqqında fikirlərini bölüşüb, müsabiqənin keçirilməsində məqsədin Pakistan gənclərinə hər iki qardaş ölkənin bir-birinə bağlılığını, dini, mədəni-irsi oxşarlığını aşılamaq, xalqlar arasındakı münasibətləri möhkəmləndirmək, gənclərin istedadlarını təşviq etmək və onlarla əməkdaşlığı gücləndirmək olduğunu bildirib.

Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən səfir Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatlarının, günahsız insanlara qarşı hücumlarının Pakistan xalqı, ictimaiyyəti və gəncləri tərəfindən daim qınandığını, çətin zamanlarda Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirərək davamlı dəstəyə və həmrəyliyə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü çatdırıb.

Ə.Əlizadə 18 oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası ildönümü ərəfəsində keçirilən bu mərasimin hər iki ölkə gənclərinin möhkəm birliyinə bir stimul olduğunu qeyd edərək müsabiqənin qaliblərini və iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbir haqqında xoş təəssüratlarını ifadə edən Fouzia Səid koronavirus pandemiyasının insanlarda yeni ideyalar və layihələrin yaranmasına səbəb olduğunu bildirib. İki ölkə arasındakı mövcud oxşarlıqlardan bəhs edən baş direktor Azərbaycan-Pakistan dostluğunun belə layihələrlə daha da gücləndirilməsinə töhfə verdiyi üçün səfirə və səfirliyin əməkdaşlarına təşəkkür edib.

Fouzia Səid həmçinin bir-birinə hər zaman qarşılıqlı dəstək verən iki ölkə arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bəyan edib.

Tədbirdə çıxış edən digər qonaqlar müsabiqə haqqında öz xoş təəssüratlarını bölüşərək ölkələrimiz və xalqlarımız arasında dostluğun həqiqətən əbədi və sarsılmazlığından söhbət açıb, Pakistan xalqının daim Azərbaycanın yanında olacağını və Azərbaycana qarşı törədilmiş erməni təcavüzü və hücumlarını qəti şəkildə pislədiklərini vurğulayıblar.

Tədbirin sonunda müsabiqənin iştirakçılarına və qaliblərinə pul mükafatları, sertifikatlar və hədiyyələr təqdim olunub. /azertag.az/

# 3819 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər