Azad Zəngilanla bağlı videoçarx hazırlanıb

Azad Zəngilanla bağlı videoçarx hazırlanıb
4 noyabr 2020
# 11:30

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Xoş gəldin Zəngilan" adlı videoçarx hazırlayıb.

Videoçarxda Zəngilan rayonunun abidələrindən, gözəl təbiətindən və rayonun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarından bəhs edilib.

Bildirilir ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam mühasirəyə alınıb və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə qalib. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olublar.

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, oktyabrın 21-də Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, oktyabrın 22-də isə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

# 3463 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər