“80 ilin ardından” kitabının təqdimatı oldu

“80 ilin ardından”  kitabının təqdimatı oldu
3 may 2024
# 15:00

Mayın 3-də Azərbaycanda Atatürk Mərkəzində Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin "80 ilin ardından" kitabının təqdimat mərasimi keçirilib.

Kulis/az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Akkan Suverin Azərbaycana bağlı şəxs olduğunu söyləyib.

Kitabın nəfis şəkildə nəşr olunduğunu bildirən akademikin sözlərinə görə, burada oxucuya çatdırılan əsas məqam həyatı layiqincə yaşamaq və keçmişə baxan zaman ötən illəri fəxarətlə xatırlamaqdır: “Kitabda Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən bəhs olunub. Burada həmçinin ötən əsrin 60-70-80-ci illərdəki İstanbul şəhəri füsunkarlıqla təsvir edilib. Əsərdə dövrün ictimai siyasi hadisələrinin portreti uğurla yaradılıb”.

Kitabın müəllifi Akkan Suver mərkəzə "Sabah" qəzetində yayımlanan və mərkəzlə bağlı ilk nəşr olan səhifəni hədiyyə edib.

Azərbaycanla bağlı fikirlərini bölüşən A.Sever diqqətə çatdırıb ki, bu onun ölkəmizdə çap olunan dördüncü kitabıdır.

Kitabın tərcüməçisi Afət Mamayeva deyib ki, bu onun Akkan Suverin dilimizə uyğunlaşdırdığı üçüncü kitabdır.

Tədbirdə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, riyaziyyat elmləri doktoru Məmməd Əliyev, Əməkdar jurnalist Xalid Niyazov, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Xəzər Universitetinin rektoru İradə Xəlilova, professor Məhəmməd İmanlı və digər qonaqlar kitab haqqında fikirlərini bölüşərək Akkan Suverin ölkəmizin taleyi ilə bağlı işlərə həmişə müsbət mənada təsir göstərdiyini qeyd ediblər.

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər