"44 gün - Tarixi zəfər" kitabının ikinci cildinin təqdimatı oldu

"44 gün - Tarixi zəfər"  kitabının ikinci cildinin təqdimatı oldu
30 sentyabr 2023
# 14:50

Sentyabrın 29-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə kitabı" redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan "44 gün - Tarixi zəfər" adlı kitabın ("F-L" hərfləri üzrə) ikinci cildinin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycanın lokal antiterror tədbirləri tarixin ən şanlı səhifələrindən birinə çevrildiyini bildirib.

Respublika "Xatirə kitabı" redaksiyasının rəhbəri Nəzakət Məmmədova diqqətə çatdırıb ki, kitabda minə yaxın şəxs haqqında ensiklopedik məlumat verilib. İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə 1997-ci ildən başlayaraq bu redaksiya daha fəal, əhatəli işlər görüb.

"Respublika "Xatirə kitabı" redaksiyası, həmçinin "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında səkkiz sənədli film çəkib. Bu filmlərin dördü geniş ictimaiyyətə təqdim olunub", - deyə N.Məmmədova qeyd edib.

Tədbirdə digər çıxış edənlər Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova kitabla bağlı fikirlərini bölüşüb, yeni nəşrin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının necə mərd, döyüşkən xalq olduğunu dünyaya bir daha sübut edib. Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələri və müharibə əlilləri hərtərəfli qayğı ilə əhatə olunur.

"Vətən daşı... və ya 44 günün dastanı" filminin ssenari müəllifi və rejissoru Vüsal Nuru film haqqında ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, film şəhidlərin Vətən uğrunda mübarizəsini əks etdirir, həmçinin Azərbaycan oğullarının Vətəni necə sevdiyini göstərir.

Sonra "Vətən daşı" sənədli filmi təqdim edilib.

Tədbirdə şəhid ailə üzvləri şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər.

Xatırladaq ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü - Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

# 2401 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər