2000 illik sirr: Yanmış perqament ilk dəfə oxundu

2000 illik sirr:  Yanmış perqament ilk dəfə oxundu
7 fevral 2025
# 13:50

Alimlər 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində yanan perqamentdə yazılanları rentgen skanları və süni intellektlə aparılan analizlərdən istifadə edərək oxuyublar.

Kulis.azın məlumatına görə, "Vesuvius Challenge" komandasının üzvü Stiven Parsons tədqiqatla bağlı bunları deyir:

"Perqamentdə yazılanların hamısını oxuya biləcəyimizə əminik".

İlk təhlillərdə perqamentin üzərində yunan hərflərinin aydın göründüyü və mətnin çox güman ki, fəlsəfi məzmun daşıdığı bildirilmişdi. Herkulaneumda aşkar edilmiş yüzlərlə yandırılmış perqament keçmişdə araşdırma zamanı parçalanmışdı.

Bu səbəbdən, Oksford Universitetinə bağlı Bodleian Kitabxanasındakı bəzi perqamentlər illərdir toxunulmaz şəkildə qorunub saxlanılırdı. Ancaq inkişaf edən texnologiya ilə elm adamları yeni üsul tapdılar.

Güclü rentgen şüaları sayəsində perqament heç bir zərər görmədən skan edildi. Daha sonra süni intellektin köməyi ilə mətndə mürəkkəb izləri aşkarlandı.

Alimlər bildiriblər ki, həm papirus, həm də mürəkkəb karbon əsaslı olduğundan onu ayırd etmək son dərəcə çətin olsa da, yeni texnikalarla uğurlu nəticələr əldə edilib.

Perqamentin bütünlüklə oxunması istiqamətində işlərin davam etdiyi və daha uzun mətnlərin tezliklə üzə çıxa biləcəyi bildirilib.

# 3567 dəfə oxunub

Oxşar xəbərlər

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

"Manifest" musiqi qrupunun meneceri azadlığa buraxıldı

11:02 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər