Ayşənin mətbəxi kitab oldu - RESEPT

Ayşənin mətbəxi kitab oldu - RESEPT
23 may 2011
# 17:21
“Qanun nəşrlər evi”ndə tanınmış teleaparıcı Ayşə Kərimovanın “Ayşənin mətbəxi” adında kitabı çapdan çıxıb. Kitabda Ayşənin hazırladığı ləziz yeməklərin reseptləri toplanıb.

Kitabın yaranmasının səbəbini açıqlayan müəllifin dediklərindən:

Hər gənc qız kimi mənim də mətbəxlə tanışlığım məktəb illərindən başladı. Böyük həvəs və həyəcanla anamla, nənəmlə daha yaxşı yemək bişirmə yarışına girmişdim. Sonra universitet illəri gəldi və mətbəxdən uzaqlaşdım. Ta ailə quranadək, demək olar, öyrəndiklərimi də unutmuşdum. Bir həyat yoldaşı olaraq mətbəxdə məharətimi göstərməliydim. Evliliyimin ilk axşam yeməyini həyatım boyu yəqin ki, unutmayacam. İndi bunlar çox gülməli gəlir, amma o zaman mənim üçün çox stresli və gərgin bir an idi. Heç unutmuram “əsas yemək nə olsun, nə bişirim” – deyə, saatlarca düşünmüş, soyuducunun qapısını dəfələrcə açıb-örtmüşdüm. İçindəki tərəvəzlərə boş-boş baxırdım.

Nəhayət, sonda qərar verdim. Axşam yeməyim kotlet-küftə olacaqdı. Əti yoğurdum, içinə lazım olan hər şeyini artıqlaması ilə qatdım. Kotletləri bişirdim. Böyük əziyyətdən sonra yeməyim hazır oldu. Axşam yoldaşım işdən gəlib qazançanın ağzını açdığında tər tökürdüm. Çünki nəticə fəlakətdi. Qiymə yağ çəkmiş, kotlet qızarmaq yerinə köz kimi qaralmışdı. Sağ olsun yoldaşım, məni qırmadan “əlinə sağlıq – çox gözəl olmuş” – deyə bir-iki kotleti əziyyət çəkərək yedi. Ona bu əziyyəti verdiyim üçün fürsətdən istifadə edərək üzr diləyirəm.

Uzun sözün qısası – o gündən sonra mətbəximin ustası olacağıma – bu işi öyrənəcəyimə söz verdim. Mətbəxdə çox zaman keçirincə, kulinariyanın sirlərinə bələd olduqca, mətbəx alətlərini tanıdıqca, tərəvəzləri, ətləri öyrəndikcə mətbəxə və aşpazlığa olan marağım birə min artdı. Və bu işi sevməyə başladım.


Bu gün sizin qarşınıza, sevgili oxucum, bu kitabla çıxıram. “Ayşənin mətbəxi” adlı kitabımda mətbəxdə keçən 4 ildə öyrəndiklərimi paylaşıram. Dostlarım, qohumlarım, məni tanıyanlar və ya tanımayanlar tez-tez Türkiyə mətbəxindən yemək reseptləri istəyirdilər. Bütün bunları düşünərək 4 ildə qazandığım mətbəx təcrübəmi sizlərlə paylaşım dedim.

Son olaraq: unutmayın, mətbəx həm də əyləncə yeridir. Yemək bişirmək bir işgəncə olmamalıdır. Gözəl musiqi, bir qədəh şərab və siz mətbəxinizlə baş-başasınız. Bunun dadını çıxarın.

Dəyərli oxucum, sizlərə Ayşənin mətbəxində uğurlar və əyləncə arzu edirəm.
# 3086 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər