Keçi kirayələyən, itlərin dostu olan “Google”!

Keçi kirayələyən, itlərin dostu olan “Google”!
4 sentyabr 2012
# 13:04
“Google” həyatımıza düz 14 il əvvəl daxil olub. Əvvəl hamıda şübhə yaranmışdı: “Necə yəni? Bir kəlmə yazacağam, bütün saytları axtarıb onu tapacaq? Mümkün deyil”. Amma “Google” özünü doğrultdu.

“Telegraph” qəzeti “Google”un yaranması haqqında bunları yazır: ““Google”nin əsasını qoyanlar- Larri Peyc və Sergi Brin ABŞ-ın ən məşhur universitetlərindən olan Standfordda magistr təhsili alanda 1996-cı ildə ilk axtarış sistemini qurub, 1998-ci ildə işlərini tamamlayıblar. 1998-ci il sentyabrın 4-də şirkət qeydiyyatından keçib, 15 sentyabrda google.com adını alıblar. Axtarış sisteminin rəsmi ad günü isə 27 sentyabrdır. “Google” adı “ birin ardınca yüz dənə sıfır mənasını verən “googol” terminindən götürülüb.

Bir dəqiqə ərzində 695 min sorğuya cavab verib, 75 min dollar qazanan “Google” 14 il ərzində hər gün genişlənib, istifadəçilərinin sayını artırıb. “StatsCounter”-in məlumatlarına görə, şirkət hazırda internet axtarış bazarının 90 faizini təşkil edir.

Bəs hər gün ən azı bir dəfə açdığımız, bizi hər cür informasiya ilə təmin edən “Google” haqqında nələri bilmək maraqlı olardı?

1. İlk “Google” “dudl”u “ofisdə deyilik” məqsədilə hazırlanıb

Xüsusi əhəmiyyətli günlərdə, yaxud ildönümlərində “Google”un fərqli yazılışı diqqətinizi çəkməmiş olmaz. Bu fərqliliyin adı “Doodle”dur, daha dəqiq desək “dudl”. Əvvəl “dudl”un məqsədi fərqli olub. 1998-ci ildə Peyc və Brin Nevadadakı “Burning Man” Festivalına gedəcəklərinə görə həftə sonu saytın ana səhifəsinə “Burning Man” “dudl”unu əlavə ediblər. Dudlun məqsədi bu olub: “Bu həftə sonu işləməyəcəyik, texniki problemlər bir az gec aradan qaldırılacaq”.

2. “Google” keçi kirayələyir

Təəccüblənməyin. Yaradıcılıqda sərhəd tanımayan “Google” “California Grazing” adlı şirkətdən keçi kirayələyib mərkəzi ofisin həyətindəki otların uzanmasının qarşısını alır.

3. “Google” ingilis dilinə yeni söz gətirib

Artıq ingilis dilində “Bunu “Google”da axtarım” əvəzinə “bunu “google”layım” işlənir və “to google” feli Oksford lüğətinə daxil olub. Qəribədir ki, şirkət bu dəyişiklikdən razı deyil: “Bu fel ancaq “Google”dan istifadə ediləndə işlənməlidir. Başqa axtarış sistemləri üçün işlənməsini istəmirik”.

4. İtlərin dostu – “Google”

“Google” işçilərinə itlərini şirkətə gətirmə icazəsi verib. Ancaq itlər aqresiv olmamalı, ehtiyaclarını xalçaların üstündə ödəməməlidirlər.

5. San Fransiskodakı “Google” işçiləri 2007-ci ildə 2,5 ton şokolad yeyiblər

Bing və Peycin işçiləri canlarının qədrini bilirlər və “Heç bir “Google” işçisi yemək üçün 30 metrdən uzağa getməməlidir” deyirlər. Şirkətdə pulsuz içkilər və soyuq qəlyantılarla yanaşı, isti yeməklər, barbekülər də verilir. Elə buna görə də işçilər günü-gündən kökəlirlər. “Google” hətta bu barədə də düşünüb və şirkətdə pulsuz “İdman zalı” yaradıb.

6. “Google” logosu 2001-ci ilə qədər mərkəzləşməmişdi

Sadə dizaynı ilə fərqlənən “Google”un əvvəlki dizaynı çox qarışıq idi. 31 mart 2001-ci ildə şirkət ana səhifəni ən sadə hala salıb.

7. “Google”un dinozavrı var

“Google”un mərkəzi ofisi maraqlı əşyalarla doludur. Məsələn, həyətdə T-Rex dinozavr skeleti var. “Stan” adı verilən skeletdən başqa çəhrayı flaminqolar, böyük leqo adam, rəngli telefon köşkləri və başqa əşyalar da ofisi bəzəyir. Belə iş yerində kim darıxar?!

Rena Nevzat
# 2399 dəfə oxunub

Oxşar xəbərlər

“Kapitan və Xəzər dənizi”  tarixi-sənədli filminin premyerası oldu

“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası oldu

12:32 20 yanvar 2026
Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur

Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur

12:00 20 yanvar 2026
Moda əfsanəsi Valentino  Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

11:00 20 yanvar 2026
Luvr fəaliyyətini dayandırdı

Luvr fəaliyyətini dayandırdı

10:33 20 yanvar 2026
20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il ötür

10:00 20 yanvar 2026
"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

"Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?

10:00 20 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər