Ən gözəl ailə Nyu Yorka gedəcək

Ən gözəl  ailə Nyu Yorka gedəcək
19 avqust 2011
# 12:19
Ailə fotosunu çəkib http://family.hotpoint.eu adresinə yükləyənlər arasından ediləcək seçimlərdə bir ailə Nyu-Yorka tətil qazanacaq.

Oktyabrın 15-də bitəcək müsabiqədə qalib ailənin bir fotosunu da Stiv Makkari çəkəcək.

Yarışmanın birinci mərhələsində sayta yüklənən şəkillər arasından ən çox səs qazanan 100 foto seçiləcək.

Bu fotolar arasından da müsabiqənin münsiflər heyəti hər ölkədən 10 fotonu finala çıxaracaq. Ən son mərhələdə isə Stiv Makkari ən yaxşı və təbii ailə şəklini seçəcək.

Qalib olan ailə dekabrın 27-dən 31-ə qədər Nyu-Yorkda tətil edəcək.

Məşhur fotoqraf Stiv Makkari 1984-cü ildə bir qaçqın düşərgəsində çəkdiyi əfqan qızının portreti ilə məşhurlaşıb. Şarbat Gula adlı qızın fotosu 1985-ci ildə “National Geographic” dərgisinin üz qabığında çıxıb. Bunda sonra dünyanın ən məşhur fotolarının sırasında yer alıb.

Günel ƏSGƏRZADƏ
# 2618 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər