“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyənləşib - Siyahı

“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyənləşib - Siyahı
13 oktyabr 2021
# 14:39

Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.

Kulis.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən bir ay müddətində qiymətləndirilib, eyni zamanda, nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.

Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 235 adda kitabdan 14.679 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.

Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Altun kitab” nəşrlər evindən dəyəri 7.038,50 (yeddi min otuz səkkiz manat əlli qəpik) manat olan 44 adda 2855 nüsxə kitabın, “Parlaq İmzalar” nəşriyyatından dəyəri 11.360,00 (on bir min üç yüz altmış) manat olan 29 adda 1495 nüsxə kitabın, “Qanun” nəşriyyatından dəyəri 10.335,70 (on min üç yüz otuz beş manat yetmiş qəpik) manat olan 19 adda 1345 nüsxə kitabın, “TEAS Press” nəşriyyat evindən dəyəri 13.815,35 (on üç min səkkiz yüz on beş manat otuz beş qəpik) manat olan 35 adda 2125 nüsxə kitabın, “Xan” nəşriyyatından dəyəri 6745 (altı min yeddi yüz qırx beş) manat olan 22 adda 1000 nüsxə kitabın alınması həyata keçiriləcək.

Müsabiqə çərçivəsində digər müəlliflər və müəlliflik hüquqi sahiblərindən alınacaq kitabların siyahısı da hazırlanıb.

Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur.

Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirib.

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #