“Nargin – Saralmış kədər” romanının imza günü keçiriləcək

“Nargin – Saralmış kədər” romanının imza günü keçiriləcək
1 oktyabr 2021
# 19:00

VII Bakı Beynəlxalq Kitab Yarmarkasında Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Nargin – Saralmış kədər” tarixi romanının imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, kitabda Birinci Dünya müharibəsi gedişində Nargin adasında əsir tutulan minlərlə türk hərbçisinin taleyindən, onların işgəncələrlə dolu həyatından, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan bəhs edilir.

Qeyd edək ki, oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edəcək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

# 1398 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #