“Ustad” dərgisinin mart sayı nəşr edildi

“Ustad” dərgisinin mart sayı nəşr edildi
5 mart 2020
# 13:32

“Ustad”ın 34-cü sayı dərc olunub.

Dərginin redaktoru Səbuhi Şahmursoyun Kulis.az-a verdiyi məlumata görə, bu sayda müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb.

Dərginin bu sayı Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı ilə başlayır. Məqalə İlqar Fəhminin “Mənəm, mən...” mistik-psixoloji dramı əsasında YUĞ teatrının hazırladığı tamaşa haqqındadır.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi və s. haqqında danışılıb.

“Ustad”ın bu sayında filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın, Dino Busattinin “Tatar çölü” romanı haqqında yazısı verilib.

Günümüzdə poeziya yaradıcılığının ilk xatırlananlarından olan Səlim Babullaoğlunun “Noyabr gündəliyi” də “Ustad”ın bu sayında dərc olunub.

Azərbaycan mühacirətinin ən görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc olunub. Məqalədə sovet tənqidçilərinin Rəsul Rza yaradıcılığına münasibəti qabardılır.

AMEA-ın əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova müasir türk ədəbiyyatından Hakan Bıçakıçının hekayələrini tərcümə edərək “Ustad”ın bu sayına təqdim edib.

Azərbaycan bölgələrində son illərdə yaranan ədəbiyyatın janr və forma müxtəlifliyi, toxunular mövzular və s. barədə Nizami Hüseynovun “Bölgələrdə nədən yazılır?” məqaləsində məlumat verilib.

Pərvinin tərcüməsində Aykut Ərtoğrulun “Dünyanın ən qəzəbli hekayəsi”, Camal Şakarın “Bəzən gələcək gəlməz”, Güray Süngünün “İşıqlı baş”, Nəcib Tosunun isə “Balaca Bərivan” hekayələri, Ceylan Mumoğlu tərcüməsində isə Səid Faiq Abasıyanıqın “Açıq səma altında otel” hekayələri dərginin bu sayında yer alıb.

Kino-resenziya rubrikasında Kamran Şeyxzamanlı Con Lennonun ölümündən bəhs edən “27-ci hissə” filmi haqqında yazıb. Filmdəki “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə qəhrəmanın taleyi arasındakı paralellər şərh edilib.

Şeir rubrikasında Emin Pirinin, Orxan Yaşarın və Vasif Zöhraboğlunun şeirləri dərc olunub.

İki eksperimental hekayə də “Ustad”ın 34-cü sayında yer alıb: Fərid Məmmədovun “Uçmağı öyrənmək” və Uraqanın “Qurban” hekayəsi.

Eyyub Məmmədovun “Finişdən o yandak həyat” esse-yazısı Salam Sarvan yaradıcılığına həsr olunub.

Dərginin sənət rubrikasında “Kubizm – inteqrativ sənət” haqqında araşdırma yazı verilib. Rəssamlıqda kubizmin doğuluşu, əsas nümayəndələri və digər sənət sahələrində təzahürü barədə araşdırmanın müəllifi Nizami Hüseynovdur.

Artıq bir neçə saydır ki, davam edən “Kitabını göstər – kitabla fotosessiya” rubrikasını bu dəfə model Nur Hüseynova təqdim edib.

“Ustad”ın mart sayını artıq kitab mağazalarından əldə edə bilərsiniz.

# 3976 dəfə oxunub

Oxşar xəbərlər

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olundu

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:45 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər