"Uşaqlar günü" Niyazinin ev muzeyində qeyd olundu

"Uşaqlar günü" Niyazinin ev muzeyində qeyd olundu
1 iyun 2021
# 18:15

İyunun 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Gənc musiqiçilər və qiraətçilər muzeydə” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Niyazi adına 22 nömrəli və 35 nömrəli G.G.Şaroyev adına nömrəli onbirillik uşaq musiqi məktəblərinin şagirdləri, “Günay” Uşaq Teatrının üzvləri və muzey əməkdaşlarının övladları iştirak ediblər.

Tədbirdən əvvəl uşaqlara Maestro Niyazinin həyat və yaradıcılığı haqqında məlumat verilib, sonra intellektual oyun keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında ətraflı danışıb.

Uşaqların ifasında Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.

Tədbir çərçivəsində uşaqlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Musiqiçilər uşaqlıqda” videoçarxını izləyiblər.

# 2624 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər