"Ulutürkün Təbrizi" filmi təqdim olunacaq

"Ulutürkün Təbrizi" filmi təqdim olunacaq
18 fevral 2020
# 16:22

Fevralın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilmiş “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, ssenari müəllifi və rejissoru Kəmalə Musazadəyə aid olan ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr edilib.

Xatırladaq ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. O, 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirir və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmır. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyir. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb. O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

# 2954 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

13:48 19 noyabr 2026
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

13:36 19 noyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:14 19 noyabr 2026
Xalq artisti Mehriban Zəki:  "Həmin insanlardan üzr istəməyə, halallıq almağa hazıram..." - MÜSAHİBƏ

Xalq artisti Mehriban Zəki: "Həmin insanlardan üzr istəməyə, halallıq almağa hazıram..." - MÜSAHİBƏ

12:50 19 noyabr 2026
Nüvə silahının əleyhdarı qolsuz rəssamın avtobioqrafiyası nəşr olundu

Nüvə silahının əleyhdarı qolsuz rəssamın avtobioqrafiyası nəşr olundu

12:32 19 noyabr 2026
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti”  layihəsinin 27-ci nəşrində

Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

12:00 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər