“Ulduz”un yeni sayı çap olundu

“Ulduz”un yeni sayı çap olundu
8 oktyabr 2020
# 16:39

“Ulduz” jurnalının avqust nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsi Natiq Məmmədlinin “Özüylə söhbəti” və “Taclı mələklər” hekayəsi ilə açılır. “Şeir vaxtı”nda Ay Bəniz Əliyar, Mirbağır Bünyatlı, Sara Selcan, Aysel Nəsirzadə və “Türk eli”ndən Ridvan Yıldızın şeirləri oxuculara təqdim edilib.

Cəlal Bəydilinin təqdimatında “Qısa fikirlər xəzinəsi” bu dəfə də jurnalda öz ənənəvi yerini alıb. Günay Səma Şirvanın “Mirzə Cəlil portretləri Rəsul Rzanın sənət güzgüsündə” adlı yazısında sözügedən ədiblərin yaradıcılığının ortaq cəhətlərinə işıq tutulur. İlqar Fəhminin tərcüməsində Vladimir Nabokovun “Gənc şair V.Ş” hekayəsi, Hicran Hüseynovanın çevirdiyi, Ukrayna şairi Oleq Qavrilyukun “Ötən əsrin adamı” şeiri “Tərcümə saatı”nda verilib.

Pərviz Seyidlinin "Qanlı boyun", Günel Hacıyevanın "Mansard" hekayələrində tarixin fərqli dövrlərində yaşayan insan taleləri təsvir edilir. Taleh Mansurun təqdimatında "Yazı masası"nda qocaman şair Bilal Qocanın müsahibəsini oxuya biləcəksiniz. Aslan Quliyevin "Gülçöhrə" adlı publisistik yazısı eyniadlı gənc rəssamdan bəhs edir. Namiq Hacıheydərlinin "Dilşad Xatun-Çin imperatorunun sevdiyi türk-müsəlman qadın" adlı araşdırmasında Dilşad Xatunun keşməkeşli həyatı timsalında Doğu Türküstanın Çin istilasına qarşı mübarizə tarixinə nəzər salınır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin "Ümmülbanu (Banin) yaradıcılığı Şərq və Qərb ədəbi əlaqələri konteksində" yazısında Ümmülbanunun həyat və yaradıcılığı geniş təhlil edilib. Xuraman Hüseynzadənin esselərində dünyaca məşhur yazıçıların fikir bələdçiliyində poetik-psixoloji tablolar yaradılıb. Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun "Əl-Fərabi: dünyanın böyük filosoflarından biri" adlı yazısında dünyaca məşhur filosofun həyatı, əsərləri və fikirləri şərh edilib. Tənqidçi Vaqif Yusiflinin "Zərif şairlərin zərif şeirləri" sərlövhəli yazısında çağdaş ədəbiyyatımızın bir çox qadın yazarlarının yaradıcılığı müzakirəyə çıxarılıb. Nəhayət, "Dərgidə kitab"da gənc yazar Furqanın "Uzaq, yarımçıq" povesti yayımlanıb, "Sərgi"də isə Aysu Sabirqızının rəsm əsərləri ilə tanış olmaq imkanı var.

Jurnal bu dəfə də ənənəsinə sadiq qalaraq "ulduzlu nəşrlər" seriyasını davam etdirib. Bu dəfə Cəlal Bəydillinin tərtibatı və müəllifliyi ilə "Düşüncənin göy üzü" kitabı oxuculara təqdim olunur.

# 3280 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər