"Ulduz" jurnalının avqust sayı çap olundu

"Ulduz" jurnalının avqust sayı çap olundu
9 sentyabr 2020
# 13:24

"Ulduz" jurnalının avqust sayı işıq üzü görüb.

Dərginin bu sayı Natiq Məmmədlinin "Özüylə söhbəti" və "Taclı mələklər" hekayəsi ilə açılır. "Şeir vaxtı"nda Ay Bəniz Əliyar, Mirbağır Bünyatlı, Sara Selcan, Aysel Nəsirzadə və "Türk eli"ndən Ridvan Yıldızın şeirləri oxuculara təqdim edilib. Cəlal Bəydilinin təqdimatında "Qısa fikirlər xəzinəsi" yenə də dərgidə öz ənənəvi yerini alıb. Günay Səma Şirvanın "Mirzə Cəlil portretləri Rəsul Rzanın sənət güzgüsündə" başlıqlı yazısında sözügedən ədiblərin yaradıcılığının ortaq cəhətlərinə işıq tutulur. İlqar Fəhminin tərcüməsində Vladimir Nabokovun "Gənc Şair V.Ş" hekayəsi, Hicran Hüseynovanın tərcüməsində Ukrayna şairi Oleq Qavrilyukun "Ötən əsrin adamı" şeiri "Tərcümə saatı"nda verilmiş maraqlı ədəbi nümunələrdəndi.

Pərviz Seyidlinin "Qanlı boyun", Günel Hacıyevanın "Mansard" hekayələrində tarixin fərqli dövrlərində yaşayan insan taleləri təsvir edilir. Taleh Mansurun təqdimatında "Yazı masası"nda qocaman şairi Bilal Qocanın müsahibəsini oxuya biləcəksiniz. Aslan Quliyevin "Gülçöhrə" adlı publisistik yazisi eyniadlı gənc rəssamdan bəhs edir. Namiq Hacıheydərlinin "Dilşad Xatun-Çin imperatorunun sevdiyi türk-müsəlman qadın" adlı araşdırmasında Dilşad Xatunun keşməkeşli həyatı timsalında Doğu Türküstanın Çin istilasına qarşı mübarizə tarixinə nəzər salınır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin "Ümmülbanu(Banin) Yaradıcılığı Şərq və Qərb ədəbi əlaqələri konteksində" yazısında Ümmülbanunun həyat və yaradıcılığı geniş təhlil edilib. Xuraman Hüseynzadənin esselərində dünyaca məşhur yazıçıların fikir bələdçiliyində poetik-psixoloji tablolar yaradılıb. Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun "Əl-Fərabi: dünyanın böyük filosoflarından biri"adlı yazısında dünyaca məşhur filosofun həyatı, əsərləri və fikirləri şərh edilib. Tənqidçi Vaqif Yusiflinin "Zərif şairlərin zərif şeirləri" sərlöhvəli yazısında çağdaş ədəbiyyatımızın bir çox qadın yazarlarının yaradıcılığı müzakirəyə çıxarılıb. Nəhayət, "Dərgidə kitab"da gənc yazar Furqanın "Uzaq, yarımçıq" povesti yayımlanıb, "Sərgi"də isə Aysu Sabirqızının rəsm əsərləri ilə tanış olmaq imkanı əldə edəcəksiniz.

# 3973 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər