“Sezar”ın qalibləri mükafatlandırıldı

“Sezar”ın qalibləri mükafatlandırıldı
29 fevral 2020
# 11:30

Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası 45-ci “Sezar” mükafatının qaliblərini mükafatlandırıb.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Parisdə təşkil edilən mərasimdə fransız rejissor Ledi Linin “Les Miserables” Ən yaxşı film və Ən yaxşı montaj mükafatlarına layiq görülüb.

Təcavüzdə ittiham edilən rejissor Roman Polanski “Jaccuse” filmiylə Ən yaxşı rejissor mükafatını qazanıb. Həmçinin bu filmə Ən yaxşı ssenari mükafatı da verilib. Polanski mükafatını almaq üçün səhnəyə çıxdığında bir çox sənətçi və qonaqlar mərasimi tərk edərək etirazlarını göstəriblər.

Ən yaxşı kişi aktyoru mükafatını isə “Roubaix, une lumiere d'Arnaud Desplechin” filminde göstərdiyi performansa görə Rosdi Zemə verilib. Anais Demoustier də “Alice et le Maire” filmində oyandığı rola görə Ən yaxşı qadın aktirsa mükafatını qazanıb.

Nicolas Bedosun “La Belle epoque” filmi isə Ən yaxşı ssenari müfakatına layiq görülüb.

Ən yaxşı xarici film mükafatı isə Cənubi Koreyalı rejissor Bong Joon-Honun “Parasite” filminə verilib.

Qeyd edək ki, Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası 1974-cü ildə təsis edilib. Fransız kinematoqrafı sahəsində nailiyyətlərə görə ilk mükafatlandırma mərasimi 1976-cı il aprelin 3-də baş tutub. Akademiyanın təsis etdiyi mükafat dünya şöhrətli heykəltəraş Sezar Baldaççinin adını daşıyır.

# 3967 dəfə oxunub

Oxşar xəbərlər

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə

14:04 12 noyabr 2026
Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər