“Pirat nəşrlərə yox!” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

“Pirat nəşrlərə yox!” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
6 iyul 2021
# 18:45

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi (ANİB) tərəfindən təşkil olunan “Pirat nəşrlərə yox!” poster müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, iyulun 3-də müsabiqəyə göndərilən işlər münsiflər heyəti tərəfindən ayrı-ayrılıqda on ballıq sistemlə qiymətləndirilib və ən çox bal toplayan üç iştirakçı seçilərək mükafatlandırılıb, diplom, pul və kitablardan ibarət hədiyyələr təqdim edilib.

“Pirat nəşrlərə yox!” poster müsabiqəsinin qalibləri aşağıdakılardır:

• 1-ci yer: Kamal Cəfərov (48 bal);

• 2-ci yer: Əfsanə Rüstəmova (32 bal);

• 3-cü yer: Yunis Məmmədrzayev (25 bal).

Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və sədr müavini, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq qalibləri təbrik edib müsabiqəyə qoşulan bütün iştirakçılara təşəkkürlərini çatdırıblar.

Şəmil Sadiq piratçılığa qarşı mübarizənin əhəmiyyətindən danışaraq bildirib ki, piratçılıq onsuz da ağır vəziyyətdə olan kitabçılıq sahəsi üçün ciddi problem olaraq qalmaqdadır: “Təəssüf ki, bir çox nəşriyyatlar, eləcə də müəlliflər piratçılıqla üzləşib, bu acı təcrübəni yaşayıblar. Bu mənim də başıma gəlib, müəllifi olduğum kitabların dəfələrlə pirat nəşri ilə qarşılaşmışam. Onun üçün də piratçılığın necə bir bəla olduğunu yaxşı bilirəm. Ümid edirəm ki, bu müsabiqə az da olsa, piratçılığa qarşı mübarizəyə diqqət çəkə biləcək. İlin əvvəlində təsis edilən ANİB-in əsas məqsədi nəşriyyat və kitabçılıq sektorundakı problemlərin həllinə çalışmaqdır və bu baxımdan piratçılığa qarşı mübarizə də prioritet mövzularımızdandır”.

Nurman Tariq öz növbəsində diqqətə çatdırıb ki, bir kitabın ərsəyə gəlməsi ağır prosesdir, neçə-neçə insanın əməyi hesabına başa gəlir, aylarla vaxt alır: “Piratçılar isə bütün bu zəhmətin üstündən xətt çəkərək qanunsuz gəlir əldə edirlər. Əlbəttə, ilk növbədə bu prosesə qarşı hüquqi yollarla mübarizə aparılmalıdır. İctimai qınaq da ondan az əhəmiyyətli deyil, pirat nəşrlər oxucular tərəfindən boykot edilməlidir. Bu müsabiqənin məqsədi də məhz budur, insanları maarifləndirmək və pirat kitab oxumamağa səsləmək. Qeyd edim ki, bu, birliyimizin elan etdiyi ilk müsabiqədir və piratçılıqla bağlı olması təsadüfi deyil. Bu müsabiqənin növbəti illərdə də keçirilməsini planlaşdırırıq”.
Daha sonra iştirakçıların kitab və nəşriyyat sahəsi ilə bağlı düşüncələri dinlənilib, qarşılıqlı diskussiya aparılıb.

Müsabiqənin münsiflər heyəti aşağıdakı şəxslərdən ibarət olub:

• Rəsul Həsən – qrafik dizayner;

• Ramin Həsənəlizadə – qrafik dizayner;

• Ramil Əliyev – rəssam-illüstrator;

• Nurman Tariq – naşir, “Parlaq İmzalar” Nəşriyyatının direktoru;

• Əli Hənifəyev – naşir, “Çinar” Nəşriyyatının direktoru.

Qeyd edək ki, müsabiqə may ayında “Əməyə hörmət, qələmə hörmət” devizi altında elan edilib. Müsabiqənin əsas məqsədi ölkə kitabçılığının önündə ciddi problemə çevrilmiş pirat nəşrlərə diqqət çəkmək, cəmiyyətdə nəşriyyatlara, kitab işinə hörmət və qiymətin artırılmasına töhfə verməkdir.

# 2900 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər